Ailənin qida rasionunda kimyəvi əlavələr

Ailənin qida rasionunda kimyəvi əlavələr
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 13
Kimyəvi
qida əlavələri ərzaqların teksturasını, dadını və görünüşünü
yaxşılaşdırmaq üçün əlavə olunan sintetik maddələrdir. Ərzaq
qoruyucuları bakteriya, göbələk artımının və kiflənmənin qarşısını almaq
üçün ərzaqlara əlavə edilir. Qoruyucuların əsas vəzifəsi ərzaqlarda
oksidləşməyə mane olmaqla, ərzağın rəngini, dadını qoruyaraq xarab
olmasının qarşısını almaqdır. 



Müasir
zamanda müxtəlif növ qida və içkiləri kimyəvi əlavələrsiz təsəvvür
etmək mümkün deyil. Lakin buna baxmayaraq, əksər hallarda təbii ərzaq
qoruyucuları istifadəsiz qoyaraq sintetiklərdən istifadə olunur. Təbii
qoruyuculara duz, sirkə, şəkər, bal, qreypfrut tumu cövhəri və s.
aiddir. 



Gündəlik istifadə etdiyimiz ərzaqların tərkibində ən çox rast gəlinən kimyəvi əlavələr aşağıdakılardır: 



Kalium
sorbat-E202 əsasən pendirlərə, pendir əsaslı ərzaqlara, qatıq və
yoqurtlara əlavə edilir. Türkiyəli alimlərin araşdırmalarına görə bu
əlavənin təhlükəsi genotoksik olmaq yəni genetik informasiya daşıyıcı
olan DNT-ni zədələmək qabiliyyətinə malikdir. 



Natrium
benzoat-E211 qazlı içkilər, balıq məhsulları, salat sousları, cem və
meyvə şirələrinə əlavə edilir. Bu maddə vitamin C ilə qarışdıqda
kansirogen xassəyə malik benzol əmələ gətirir. Elmi araşdırmalar
göstərir ki, natrium benzoat süni qida rəngləri ilə birləşərək bəzi
uşaqlarda hiperaktivliyə səbəb ola bilir. 



Kükürd
dioksid-E220 və sulfitlər-E221-E228 meyvələrin, quru meyvələrin,
sirkənin, şirələrin, qazlı içkilərin rəngini və tamını qorumaq üçün adı
çəkilən məhsul və ərzaqlara əlavə edilir. "Avstralasiya Kliniki
İmmunologiya və Allergiya Cəmiyyətinin” (The Australasian Society of
Clinical Immunology and Allergy-ASCIA) məlumatlarına əsasən sulfitlər
allergiya, qızdırma, astma, dəridə səpkilərə səbəb olduğu sübuta
yetirilibdir. 



Propionatlar-E280-E283
əsasən çörəklərin və un məmulatların kiflənməsinə qarşı istifadə
olunur. Son zamanlar bu maddənin pendir, meyvə-tərəvəz məhsullarında
istifadəsinə icazə verilmişdir. Propionatlar miqyen, başağrıları, mədə
pozuntuları, dəridə səpkilərə, burun tutulmaları, depressiya, yorğunluq,
qıcıq və narahatlığa səbəb yaradır. Əslində çörək bişirən müəssisələr
hər gün bişirmə qurğularının sirkəli su ilə təmizləyərsə, kiflənmənin
qarşısını ala bilər. Plastik paketlərdə bağlama olunan çörəklərdə isə
kiflənməyə əlverişli mühit yaranır. 



Natrium
nitrat-E250 və natrium nitrit-E251 əsasən ət məhsulları olan veçina,
sosis, kolbasa, emal olunmuş ət, hisə verilmiş toyuq və balıq kimi
ərzaqlara vurulur ki, botulizm bakteriyalarının inkişafının qarşısını
alsın. Bu maddə köhnə ətə təzə və iştahaçıcı görünüş verir. Uşaqlar
nitrat zəhərlənmələrinə çox həssas olduqlarından metaemoqlobinemia və ya
"mavi uşaq sindromu” kimi problem yarada bilirlər. 



Sadaladığımız
kimyəvi qida əlavələri qida sənayesi tərəfindən ərzaq istehsalında
istifadə etdiyi qida əlavələrinin cüzi bir hissəsidir. ABŞ-ın "Ərzaq və
Dəman Administrasiyası” (The Food and Drug Administration-FDA) gündəlik
istehlak olunan ərzaqlara 3000-dən artıq kimyəvi qida əlavələrinin
qatılaraq hazırlanması haqda məlumat verir. Sağlam, yerli, təzə və
kimyəvi qida əlavələri olmayan ərzaqlara üstünlük verməklə bütün
ailənizin sağlamlığının mühafizəsinə səbəb ola bilərsiniz. 



Zülfüqarova Səltənətскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!