Bunları yemək intihara bərababərdir: menyudan çıxarın

Bunları yemək intihara bərababərdir: menyudan çıxarın
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 24
Türkiyə
mətbuatı qidalar haqqında növbəti dəfə sensasion iddia ilə çıxış edib.
Mütəxəssislər insan ölümünə səbəb olan qidaların siyahısını açıqlayıb.
Aile.lent.az "intihar qidaları”nı təqdim edir.

 

Taxıllar – taxıllarla həddən çox qidalanma sizin vaxtından tez qocalmağınıza səbəb olur.

 

İşlənmiş
proteinlər – Proteinlər əzələ yaradır. Ət isə ən yüksək səviyyədə və ən
zəngin protein qaynağıdır. Lakin sosiska, kolbasa və bunlara bənzər
qidalar kimi işlənmiş proteinlərdən uzaq durmaq lazımdır. Təbii
proteinlər sinir sistemini tənzimləyir, işlənmiş proteinlər isə tam
əksini edir. Yəni sinir sistemini məhv edir.

 

Trans
yağlar – Qəti olaraq bütün növ trans yağlardan uzaq durmaq lazımdır.
Trans yağlar bir çox ciddi problemlərə səbəb olur. Ürək problemləri,
xolesterol və piylənmə bunlardan ən çox özünü göstərənlərdir. Həmçinin
trans yağlar beyinə çox zərər verir. Refleksləri öldürür, beyin
fəaliyyətinin keyfiyyətini aşağı salır. Bununla yanaşı, iflic riskini də
maksimum həddə çatdırır. Unutqanlıq kimi təsirləri də bir müddətdən
sonra özünü göstərir.

 

Süni
dadlandırıcılar – İnsanlar arıqlamaq üçün şəkər əvəzinə süni
dadlandırıcılardan istifadə edirlər. Bunların tərkibinin az kalorili
olması doğrudur. Lakin faydasından çox zərəri var. Uzun müddət istifadə
etdikdə beyin zədələnmələrinə və zehni pozuntulara səbəb olur.

 

Nikotin –
Nikotinin zərərlərini saymaqla bitməz. Beyinlə əlaqəli olanına gəldikdə
isə, bədənimizin ən vacib orqanı olan beynimizə qanın getməsinin
qarşısını alır. Beyinə qan getmədikdə oksigen də getmir. Bu da beynin
yavaş-yavaş ölməsinə gətirib çıxarır. Kapilyar damarları tıxadığı üçün
neyrotransmitterin istehsal olunmasına mane olur və funksiyasının
qarşısını alır. Bu isə sinir sistemini məhv edir. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!