Ürək üçün ən faydalı 14 məhsul

Ürək üçün ən faydalı 14 məhsul
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 28
1. Nar ürək xəstəliklərinə qarşı ən yaxşı vasitə
sayılır. Narın tərkibində olan faydalı maddələr qanda xolesterini
azaldır, qan dövranı yaxşılaşdırır, aterosklerozun qarşısını alır, qanı
duruldur.

Təbii nar şirəsinin müntəzəm qəbulu ürək-damar sistemi xəstəliklərinin və prostat vəzi xərçənginin riskini xeyli azaldır.

2. Avokado əvəzsiz yağlı turşularla zəngindir. Bu
turşular ürək-damar sistemi xəstəliklərinin riskini azaldır. Məhz bu
turşuların orqanizmdə defisiti xolesterinin mübadiləsinin pozulmasına və
aterosklerozun inkişafına səbəb olur.

Avokado kalium elementi
ilə də zəngindir. Kalium ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir -
orqanizmdən artıq maye çıxardır, ödemləri azaldır, ürəyin fəaliyyətini
yaxşılaşdırır.

Avokado hipertoniyadan əziyyət çəkənlər üçün çox faydalıdır, arterial təzyiqinin normallaşmasına kömək edir.

Avokado normal qanyaratma və qan dövranı üçün vacib olan bir çox maddalərlə zəngindir: mis, dəmir, C, B2, B6, E vitaminləri.

Avokado orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salır, "yaxşı" xolesterinin səviyyəsini qaldırır.

Avokadonun tərkibində olan xüsusi fermentlər ürək əzələsini qoruyur.

Ürəyin sağlamlığı üçün avokadonu yalnız çiy şəkildə yemək lazımdır.

3. Qreypfrut sellüloz və qlikozidlərlə zəngindir.

Qlikozidlər ürəyin fəaliyyətini yaxşılaşdırır, aterosklerozun inkişafının qarşısını alır.

Qreypfrutun tərkibində olan P və C vitaminləri qan damarlarını möhkəmləndirir.

Qreypfrut arterial təzyiqini və qanda "pis" xolesterinin səviyyəsini aşağı salır.

4. Alma dəmir, kalium kimi minerallar, sellüloz,
pektinlərlə zəngindir. Alma ürək xəstəliklərinin riskini azaldır, qanda
xolesterinin səviyyəsini aşağı salır, arterial təzyiqinin
tənzimlənməsinə kömək edir, ürək əzələsini möhkəmləndirir.

5. Kətan toxumları və kətan yağı Omeqa-3 yağlı
turşularla zəngindir. Bu maddə qanda xolesterini azaldır və qan
damarlarında trombların əmələ gəlməsinin qarşısını alır.

Kətan toxumunu salatlara, sıyıqlara, kəsmiyə əlavə etmək olar.

6. Yarmalar (yulaf yarması, qarabaşaq, darı yarması və
s.) "pis" xolesterinlə mübarizə aparır, ateroskleroz və ürəyin işemik
xəstəliyinin riskini azaldır.

7. Lobya, mərci sellüloz və kalium mineralı ilə zəngindir.

Həmçinin bu məhsullar flavonoidlərlə zəngindir ki, bu maddələr arterial hipertenziyanın profilaktikası sayılır.

8. Balqabaq beta-karotin, C vitamini və kaliumlə
zəngindir. Bu maddələr aterosklerozla mübarizə etməyə kömək edir,
arterial təzyiqini aşağı salır.

9. Sübut olunub ki, sarımsağın müntəzəm qəbulu arterial təzyiqini aşağı salır.

10. Balıq Omeqa-3 yağlı turşularla zəngindir. Balığın
müntəzəm qəbulu (həftədə 2-3 dəfə) arterial təzyiqinin aşağı salmasına
kömək edir, pis xolesterini azaldır, qanı duruldur, miokard infarktın
riskini azaldır.

Losos, forel, skumbriya, tunes, sardina kimi balıqlar xüsusilə xeyirlidir.

11. Brokkoli kələmi vitaminlər və minerallarla zəngindir. Kalium və maqnezium kimi minerallar ürək üçün xüsusilə vacibdir.

12. Göbələklərin tərkibində "erqotianin" adında xüsusi
maddə var ki, bu maddə orqanizmdə olan sərbəst radikallarla mübarizə
aparır. Sərbəst radikallar orqanizmdə "yaxşı" xolesterini "pis"
xolesterinə çevirir. Pis xolesterinin orqanizmdə yığılması isə
aterosklerozun və ürək xəstəliklərinin inkişafına səbəb olur.

13. Qara (acı) şokolad (kakao - 70%-dən az olmayaraq) ürək-damar sistemini möhkəmləndirir, arterial təzyiqini və xolesterini aşağı salır.

14. Qoz və badam Omeqa-3 yağlı turşularla zəngindirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!