Şokoladın daha bir faydası açıqlandı

Şokoladın daha bir faydası açıqlandı
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 15
Xoşbəxtlik
hormonunun istehsalını artırdığı üçün bir çox insanın vazkeçilməzləri
arasında olan şokoladın daha bir faydası üzə çıxıb.

Aparılan araşdırmalar şokoladın alzaymer xəstəliyinə yaxalanmaq riskini azaltdığını üzə çıxarıb. Mütəxəssislər bildirir ki, şokolad beyni qoruyur, yaddaşı möhkəmləndirir və zəkanı artırır. Tez-tez
şokolad yeyənlərdə, xüsusilə, göz yaddaşı güclü olur. Şokolad qısa
müddətdə problemlərdən çıxış yolu tapmağa, məntiqli fikirlər yürütməyə
kömək edir.

 

Telefon nömrələrini və ya evə alınacaq qidaları unudursunuzsa, şokolad yeyərək yaddaşınızı gücləndirə bilərsiniz.

 

Şokolad
yeyənlər eyni zamanda bir neçə işlə məşğul ola bilir. Məsələn,
avtomobil idarə edərkən danışır, telefonla danışdıqları müddətdə
alış-veriş siyahısını yaza bilirlər. Alimlərin
iddiasına görə, şokoladın tərkibindəki maddələr orqanizmdə qan
dövranını sürətləndirdiyi və beynə daha çox qan getməsini təmin etdiyi
üçün beyin funksiyalarını gücləndirir.

 

Qeyd edək ki, yalnız 70 və ya 90 faizi kakaodan ibarət olan tünd şokoladdan istifadə etmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!