Səhər yeməyinin faydaları

Səhər yeməyinin faydaları
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 26
Səhər
yeməyinin ən önəmli yemək olduğunu tez-tez eşidir. Qida
mütəxəssislərindən tutmuş analarımıza qədər ətrafımızdakı hər kəs bunu
deyir. Buna baxmayaraq bir çoxumuz işə və ya ofisə səhər yeməyi yemədən
gedirik. 
Ancaq pomidor, pendir kimi qidalarla edilən səhər yeməyi fiziki və zehinsəl olaraq bizi sağlıqlı edir. 
Dünyaca məşhur universitetlər "səhər yeməyi gərçəkliklər"ini bu formada izah edirlər:
Piylənmə və diabet kimi xəstəliklərə yoluxma riskini azaldır.
Harvard
Universitetinin 45-82 yaş arasındakı 26 min 902 adamla, 16 il ərzində
apardığı araşdırmaya görə səhər yeməyini düzənli edənlərdə piylənmə
riski aşağıdır. Araşdırmalar mütamadi səhər yeməyi yeyən qadınların
diabet xəstəliyinə daha az yoluxduğunu sübut edir.
Yeni öyrəndiyiniz məlumatlar daha asan yadda qalır. 
Journal
of Adolescent Health adlı jurnalın 13-20 yaş arasındakı 319 tələbə
arasındakı etdiyi araşdırmanın nəticələrinə görə mütamadi və düzgün
səhər yeməyi yeyən adamların yaddaşları daha güclü olur. 

Enerjinizi gün boyunca qorunmasına kömək edir. 
İnternational
Journal of Food Sciences and Nutrition adlı jurnalın etdiyi araşdırmaya
görə səhər yeməyi yeyən adamlar özlərini gün ərzində daha az yorğun
hiss edirlər.  

Xöşbəxt olmağınıza zəmin yaradır. 
Journal
of Physiology jurnalının 144 könüllü arasında etdiyi araşdırmaya görə,
səhər yeməyi yeyənlərin imtahanda daha uğurlu, sakit və xöşbəxt idilər.

Bədəninizin ehtiyacı olan qidaları depolayır. 
Nutrition
Research and Practice jurnalının etdiyi araşdırmaya görə hər gün səhər
yeməyi yeyən adamların sümük sağlamlığını qoruyan kalsium və insanı daha
uzun tox tutan qidaları daha çox depolayır. 

Kilo itirməyinizə kömək edir. 
Harvard
Universiteti tərəfindən 17.000 kişi arasında edilən araşdırmada səhər
yeməyi edənlərin daha tez çəki itirdiyi müəyyənləşdirilmişdi. 

Konsentrasiyanızı inkişaf etdirir.
Səhər
yeməyinin enerji verdiyi və yaddaşı gücləndirdiyini artıq bilirik. Bunu
sübut edən bir araşdırma da İndian Pediatrics"dəndir. Araşdırmaya görə
hər gün səhər yeməyi yeyən tələbələr arabir yeyənlərlə müqayisədə daha
uğurlu olurlar və məsələlərə daha tez aydınlıq gətirirlər.
İndian Pediatrics"in başqa araşdırmasının nəticəsi belədir; yuxu zamanı itirilən enerji səhər yeməyi zamanı qazanılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!