Hər gün 1 yumurta yeyin, həyatınız fərqli olsun

Hər gün 1 yumurta yeyin, həyatınız fərqli olsun
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 19
Həmişə
eşitmişik ki, yumurta qaraciyər üçün ağır qidadır və xolesterolla
zəngindir. Bu onun sadəcə zərərli tərəfi haqqında mülahizələrdir. Amma
müasir dietoloqlar yumurtanı tamamilə qida rasionundan çıxarmamağı
tövsiyyə edirlər. Sadəcə şəkərli diabeti və allergiyası olan insanlar
özlərini qorumalıdırlar. Hətta dietoloqlar məsləhət görürlər ki, hər gün
1 ədəd yumurta yeyilməlidir. Bəs gündə 1 ədəd yumurta yeməyin nə
faydaları var? Bu haqda yazının davamında.
Yumurta həzm sisteminin fəaliyyətini asanlaşdırır
Yumurta
ağının 98%-i orqanizm tərəfindən həzm olunur. Bu yeni hüceyrələr üçün
yaxşı "tikinti” materialıdır. Yumurta əzələlərin inkişafı üçün əla
qidadır. Gündə 1 ədəd yumurta yesəniz bu, sizə çəki atmağınıza da kömək
edər. Yumurtanın ağ hissəsi insanda sürətli doyma hissi verir
və maddələr mübadiləsini yaxşılaşdırır. Onu xüsusilə də, səhər yeməyində
yemək faydalıdır. Bu zaman yediyiniz 1 ədəd yumurta sizin aclıq
hormonunuzu nəzarətdə saxlayacaq, gec acacaqsınız, az yemək
istəyəcəksiniz və eyni zamanda da özünüzü gümrah hiss edəcəksiniz.
Yumurta vitaminlərlə zəngindir
Yumurta
özündə faydalı vitaminləri birləşdirib. Bir ədəd yumurtada A vitamini –
5% (gündəlik norma) və D vitamini – 10% (gündəlik norma) olur. Fosfor,
dəmir, sink, yod, retinol, riboflavin, 
- bütün bu minerallar yumurtanın tərkibində var. Hər gün 1 ədəd yumurta yesəniz göz sağlamlığınızdan şikayətiniz olmaz.
Yumurta osteoporozdan qoruyur
Qaynadılmış
yumurta sümüklər üçün yaxşı zəmanətdir. Qırılmağa meyilli, kövrək
sümük problemi xüsusilə 40 yaşlı qadınlarda daha çox rast gəlinir. Buna
görə də gündə 1 ədəd yumurta yemək gələcəyinizi zəmanət altına almaq
deməkdir. 

Yumurta beyni gücləndirir
Yumurtanın
tərkibindəki kolin maddəsi beyni gücləndirən super qidadır. O
yaddaşın güclənməsinə, yaradıcı düşüncənin inkişafına və sürətli şəkildə
reaksiya verməyə kömək edir. Bu elm adamları üçün çox faydalıdır. Əgər
uşaqda 3 yaşından sonra allergiya yoxdursa, mütləq ona gün ərzində 1
ədəd yumurta verin. Bu onun beynini inkişaf etdirməyə kömək edəcək.
Yumurta ateroskleroz riskini azaldır
Yumurtanın
tərkibindəki fosfatitlər qan tərkibindəki  aterosklerotik hüceyrələrin
yaranmamasına şərait yaradır. Gündə kərə və zeytun yağında bişirilməmiş
yumurta yemək çox faydalıdır. Bu səni qaraciyərlə bağlı problemdən 100%
qoruyacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!