Qaraciyəri qoruyan qidalar

Qaraciyəri qoruyan qidalar
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 52
Mütəxəssislər qaraciyər sağlamlığının qorunmasında istehlak edilən qidalara diqqət etməyi tövsiyə edirlər. 



Türkiyəli həkim Fevzi Özgönülün sözlərinə görə, alma, ənginar və yerkökü kimi qidalar qaraciyəri yeniləyir. 



Spirt
istifadəsi və həddindən artıq yağlı yeməklər qaraciyər xəstəliklərinə
yol açır. Köklüklə bağlı müxtəlif araşdırmalar aparan həkim Fevzi
Özgönül qaraciyər sağlamlığını qoruyan 

qidalar
haqqında məlumat verib. Qaraciyər sağlamlığında istehlak edilən
qidaların əhəmiyyətini izah edən Özgönül spirt, siqaret və həddindən
artıq yağlı yeməklərin istehlakını dayandırmağın lazım olduğunu
bildirib. Türkiyə mətbuatı xəbər verir ki, düzgün qidalanan zaman meyvə
və tərəvəzlərin tərkibindəki antioksidantlar qaraciyəri qorumağı öz
öhdəsinə götürüb, təmizləyir. 



Qaraciyər
sağlamlığında ilk addım istehlak edilən qidaların diqqətlə
seçilməsidir. Həmçinin balanslı qidalanma proqramına əməl edilməlidir.
Doğru yeməklər antioksidant təsirləri ilə 

qaraciyəri
təmizləyir və qoruyur. Ən böyük orqanlardan biri olan qaraciyərin
qidalarla birlikdə alınan vitamin və mineralların sorulması, bədəndəki
zərərli maddələrin təmizlənməsi kimi əhəmiyyətli vəzifələri var.
Müntəzəm spirt istifadəsi və həddindən artıq yağlı qidaların istehlakı
qaraciyər yağlanması, hepatit və qaraciyərin sirrozu kimi qaraciyər
xəstəliklərinə yol açır. 



Bəs qaraciyəri qoruyan qidalar hansılar? 



Həkim
Fevzi Özgönül qaraciyəri qoruyan qidaları sadalayaraq bu bəyanatlar
verib: alma yüksək tərkibli liflərdən ibarətdir və həzm sistemindəki
toksinlərin atılmasına dəstək olur. Beləliklə, qaraciyərin işini
asanlaşdırır. Qaraciyərin qorunmasında sarımsağın da xüsusi bir yeri
var. Sarımsaq qaraciyər maddələrini aktivləşdirərək toksinlərin
orqanizmdən atılmasına dəstək olur. Qırmızı çuğundur və yerkökü isə
qaraciyər funksiyalarının yaxşılaşmasını təmin edir. Eyni şəkildə
ənginar da qaraciyər hüceyrələrinin bərpasına dəstək olur və
yağlanmasına mane olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!