Soyuq havanın isti qidaları

Soyuq havanın isti qidaları
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 18
Soyuq
havanın ağır fəsadlarından qorunmaq üçün təkcə isti geyinmək kifayət
deyil. Geyimlə yanaşı düzgün qidalanma bu məsələdə vacib şərtlərdən
biridir. Soyuq havada hansı qidalara və içkilərə üstünlük verilməlidir? 



1.
Sorbalar. Mütləq şəkildə ailə menyunuzda duru xörəklər olmalıdır.
Şorbalar bədəni qızdırır, orqanizmin normal temperaturunu təmin edir.
Daha çox çuğundur, kök, kartof və kələmlə hazırlanmış şorbalara üstünlük
verilməlidir. 



2.
Ət məhsulları. Soyuq havada ət məhsullarını, xüsusilə qoyun və hinduşka
ətini ən yaxşı qida məhsulu saymaq olar. Ətdə olan zülal enerjini
artırır, hinduşka ətində olan triptofan isə qış və soyuq hava stressinə
qarşı ən yaxşı vasitədir. Pəhriz saxlayanlar hazırki soyuq havalarda bir
neçə günlüyə pəhrizlərini dayandıra bilərlər. 



3.
Ədviyyatlar. Darçın, zəncəfil, süyüd, istiot kimi ədviyyatlar yeməklərə
xüsusi dad verməklə yanaşı soyuq havalarda köməyə çatan ən təsirli
vasitələrdir. Belə ki, bu ədviyyatların tərkibindəki maddələr qan
dövranını yaxşılaşdırır və bunun nəticəsində də orqanizmdə istilik
yaranır. Soyuq havalarda nanə, zəncəfil, keşnişdən istifadə etmək
məsləhət görülmür. Çünki bu ədvalar orqanizmə soyuducu təsir göstərir. 



4.
Meyvələr. Soyuq havalarda daha çox şirin meyvələrə, üzüm, banan, armud
və şirin almaya üstünlük verilməlidir. Sitrus meyvələri, xüsusilə
portağal və narıngi əks effekti verir. Bu meyvələrin həvəskarları
müvəqqəti olaraq sitrus bitkilərindən imtina etməlidirlər. 



5.
Qara çay. Yəqin ki, heç kim soyuq qış günlərində pürrəngi qara çaydan
imtina etməz. Qara çay damarları genişləndirmək və bədənin temperaturunu
artırmaq xüsusiyyətinə malikdir. 

Özünüzü soyuq havalardan qoruyun ki, qarşıdan gələn baharı, ilıq nəfəsli yaz günlərini sağlam və gümrah qarşılaya biləsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!