Sağlam qidalanmanın əsas qaydaları

Sağlam qidalanmanın əsas qaydaları
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 17
Bir
çox insanlar artıq çəkidən azad olmaq istəyir. Bəzilərinin buna
həqiqətən də ehtiyacı var, digərləri isə sadəcə arıqlamalı olduqlarını
düşünür. Hər iki qrup sağlam pəhrizə riayət etməlidir. Və hətta Sizin
arıqlamağa ehtiyacınız olmasa belə, sağlam qidalanmanın əsas qaydalarını
bilməlisiniz. 



Xoşladığınız
hər məhsulu yeyə bilərsiniz. Yetər ki, rasionunuzda spirtli içkilər,
şəkər, ədviyyat, çips, acı souslar, qızardılmış yeməklər, sosislər, ağ
undan hazırlanmış məhsullar, və konservant tərkibli digər qida
məhsullarının miqdarını azaldasınız. 



Sağlam qidalanmanın əsas qaydaları aşağıdakılardır: 

* Zərərli məhsulları faydalı məhsullarla əvəz edin. Məsələn, şəkəri – bal ilə, kolbasanı - ət ilə. 



* Həddən artıq çox yeməyin. Mədəni yeməklə yükləmək olmaz. Yalnız aclıq hiss edəndə yemək yeyin. 



* Qidanı əsaslı surətdə, tələsmədən çeynəyin. 



*
Gündəlik qidalanmanın ideal proporsiyası: rasionun 3/5 hissəsini
karbohidratlar, 1/5 hissəsini piylər, 1/5 hissəsini isə zülal təşkil
etməlidir. 



* Meyvələri yeməkdən ayrı qəbul edin. 



* Salatları və əsas yeməklərin hazırlanmasında yalnız bitki yağlarından istifadə edin. 



* Qidanın qaynadılması və ya pörtülməsi zamanı piylərdən istifadə etməyin. 



* Qızardılmış yeməklərdənsə sobada bişirilmiş və ya suda qaynadılmış qidalara üstünlük verin. 



* Çalışın zülalları nişasta ilə, nişastanı piylərlə, piyləri zülallarla, və s. Qarışdırmayasınız. 



* Yemək yediyiniz zaman və ya dərhal yeməkdən sonra maye qəbul etməyin – bu, yeməyin həzminə mane olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!