Yuxu üçün qidalar: yaxşı yuxu üçün nə yeməli?

Yuxu üçün qidalar: yaxşı yuxu üçün nə yeməli?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 16
Əlbəttə
ki, yatmamışdan əvvəl nəsə yeməmək daha yaxşıdır. Amma yenə də yemək
istəsən, o zaman düzgün qidalar seç ki, tez və yaxşı "yuxuya gedəsən”.
Bəs onlar hansı qidalardır? 



1. Banan –
digər meyvələrə nisbətən daha çox iştahanı yatırdır. Baxmayaraq ki,
yüksək kalorilidir amma yatmamışdan əvvəl sendviçdən daha yaxşıdır.
İkincisi isə onun tərkibində çoxlu miqdarda kalsium var ki, bu da əzələ
əmələ gəlməsinə kömək edir. Üçüncüsü isə banan beyni rahatladaraq,
fəaliyyətini yaxşılaşdırır.

2. Yulaf -
ən yaxşı səhər yeməyidir ki, onu axşam da yemək olar. O sinir sisteminə
müsbət təsir edir. Yulaf sıyığına banan püresi əlavə etdikdə daha da
faydalı olar.

3. Qaynadılmış yumurta -
əgər gecə acıb oyanırsansa qaynadılmış yumurta yemək yaxşıdır. Çünki
yumurta zülalla zəngindir. Əgər yatmamışdan əvvəl yeməyə
nəsə axtarırsansa yumurta yaxşı seçimdir.

4. Badam  -
tərkibindəki maqnizum toxluq verməklə yanaşı tez yuxulamağa kömək
edir. Keyfiyyətli bonusu da faydalı yağları özündə birləşdirməsidir.

5. Tonbalığı –
gecəni yaxşı yatmağa kömək edəcək və əlavə kaloriləri əridən qidadır.
Onu bir dilim kəpəkli çörək və xiyar ilə yemək daha yaxşıdır. 

Bu
qidalardan əlavə gecə yatmamışdan əvvəl içilə bilən xüsusi çaylar da
var. Yuxuya yaxşı kömək edən içkilərin başında bitki çayları durur. Əgər
səni yuxusuzluq narahat edirsə çobanyastığı ilə kəklikotu çayı içə
bilərsən.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!