Turşu suyunun faydaları

Turşu suyunun faydaları
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 45
İdman
sağlamlıq üçün əhəmiyyətlidir. Ancaq çox vaxt idmandan öncə və sonra
əməl edilməli olan qaydalar unudulur. Bu isə idmanın orqanizmə verdiyi
faydanın azalması ilə nəticələnir.

 

Mütəxəssislər
bildirir ki, idmandan sonra xiyar turşusunun suyunu içmək lazımdır. Bu
bədəni enerji ilə təmin edir və idman zamanı itirilən mayenin yerini
tutur.

 

Araşdırmalar göstərib ki, xiyar turşusu suyu idmandan sonra baş verən əzələ ağrılarının qarşısını alır.

 

İdmandan
sonra xiyar turşusu suyu içənlər adi su içənlərlə müqayisədə 37 faiz
daha az əzələ spazmı ilə üzləşir. Bunu xiyar turşusunun tərkibindəki
sirkə ilə əlaqələndirmək olar. Çünki sirkənin tərkibindəki turşular
mədədən beyinə siqnal göndərərək spazmların qarşısını alır.

 

Xiyar
turşusu suyunun faydaları bununla bitmir. Bu içki susuzluğu aradan
qaldırır, tərləyərkən bədənin itirdiyi duzu geri qazandırır. Onu təkcə
idmandan sonra deyil, sərxoş ikən də içmək olar. Çünki o, tez ayılmağa
kömək edir, baş ağrısının qarşısını alır, spirtin səbəb olduğu su və duz
itkisini önləyir.

 

Yalnız ev şəraitində hazırlanan turşunun suyunu içmək məsləhətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!