Sağlam yumurta sarısı hansı rәngdә olmalıdır?

Sağlam yumurta sarısı hansı rәngdә olmalıdır?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 19
Yumurtanı bişirmәk üçün qırdığınız zaman onun sarısının hansı rәngdә olduğuna diqqәt edin.
Bir çoxları bu haqda bilmir vә fikir vermirlәr. Ancaq yumurta sarısı әslindә sarı rәngdә
olmamalıdır.

Yumurta sarısının rәngi onu yumurtlayan toyuğun sağlamlığı haqqında çox deyә bilәr.
Yumurta sarısının rәngi onu yumurtlayan toyuğun sağlamlığı haqqında çox deyә bilәr.
Mağazalardan alınan yumurtaların sarısı isә tәәssüf ki, hәr zaman ideal rәngdә olmur.

Yumurta haqqında düşündükdә ilk ağla gәlәn hәyәtdә sәrbәst şәkildә gәzәn vә yediyi buğdadan
әlavә otların arasında yemәk üçün qida axtaran toyuqlar olur. Ancaq tәәssüf ki, mağazada satılan
yumurtaların әksәriyyәtini böyük hindә qapalı vәziyyәtdә saxlanılan, günәşi çox az görәn vә
tәmiz havada olmayan toyuqlar yumurtlayır.

Әgәr toyuğun hansı şәrtlәrdә saxlandığını bilmәk istәyirsinizsә, yumurtanın sarısına diqqәt
yetirin.

 

Şәkildәki yumurtalardan hansı daha cәlbedici gәlir? 

 

 

Әgәr әrzaq mağazalarından yumurta alırsınızsa, onda yәqin ki, әksәr hallarda şәkildә mәrkәzdә
yerlәşәn yumurta sarısı ilә rastlaşırsınız. Çünki mağazada satılan yumurtaların çoxu solğun sarı
rәngdә olur. Bu o demәkdir ki, onu yumurtlayan toyuq ancaq süni yem yeyib vә daim oturaq
vәziyyәtdә olub.

İnanılması çәtin olsa da, әslindә әn ideal yumurta sarısı tünd narıncı rәngdә olandır. Şәkildә
soldakı yumurta kimi...

 

 

Әgәr yumurta sarısı mәhs bu rәngdәdirsә, böyük ehtimalla, onu hәyәtdә sәrbәst şәkildә gәzәn
toyuq yumurtlayıb. ENC mәrkәzinin sağlam qidalanma proqlamları üzrә rәhbәri Hilari Tesmarın
fikrincә, hәyәtdә sәrbәst gәzәn toyuqlar daha çox piqmentli mәhsullar yeyir ki, bu da yumurtanın
sarısında әks olunur.

 

Toyuğun nә ilә qidalandığı nәyә görә önәmlidir?

Әn azından ona görә ki, bu, yumurtanın qida dәyәrinә birbaşa tәsir göstәrir.

Rәngindәn asılı olmayaraq yumurtaların hamısı demәk olar ki hәr zaman eyni miqdarda zülal vә
yağ tәrkibinә malik olur. Lakin tünd rәngdә yumurta sarısı yumurtada yetәrli miqdarda ksantofillәr
vә Omega­3 yağlarının olduğunun göstәricisidir. Ksantofillәr hәmçinin ispanaq, kәlәm, kabaçki vә
brokolinin tәrkibindә mövcuddur. Omega­3­ün insan orqanizminә faydaları isә hamıya mәlumdur.

Bundan әlavә Pensilvaniya Universitetinin mütәxәssislәri tәrәfindәn aparılan araşdırmalar
göstәrib ki, tünd rәngdә sarısı olan yumurtalar daha çox A, D vә E vitaminlәri, hәmçinin çox
miqdarda beta­karoten tәrkibinә malikdir.

Belәliklә, әgәr yumurtanın tәrkibindә bu maddәlәr yoxdursa vә ya azdırsa (necә ki, açıq, solğun
rәng buna sübutdur), o zaman hәmin yumurtanı yemәyin elә bir әhәmiyyәti yoxdur, çünki onun
orqanizmә faydası olmayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!