Vitaminlər

Vitaminlər
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 26
A Vitamini

Faydaları: 

Antioksidant xüsusiyyəti vardır, sərbəst radikalların mənfi təsirinə mane olur 

Orqanizmin toxmalarını yeniləyir 

Dərini gözəlləşdirir 

Həzm sistemini gücləndirir 

Bəzi xərçəng növlərindən qoruyur 

Az olduqda: 

Gözdə quruluq 

Dəridə quruluq 

Sümük və dişlərdə çürümə əmələ gəlir 

Çox olduqda: 

Baş ağrısı 

Qusma 

Dəridə sarılıq baş verir 

Nəyin tərkibində var? 

Yaşıl
yarpaqlı tərəvəzlərdə, kök, ıspanaq, pomidor, qaysı, şaftalı, dəniz
məhsulları, qaraciyər, süd və süd məhsulları, yumurtada A vitamini
vardır. 



D Vitamini

Faydaları: 

Sümük inkişafı və sümüklərin güclənməsinə 

Kalsiyumun əzələ daxilinə daşınmasına təsiri var 

Az olduqda: 

Sümüklərdə yumuşalma və müxtəlif sümük xəstəlikləri yaranır 

Çox olduqda: 

Qanın tərkibindəki kalsiyum miqdarının artması 

Böyrək xəstəlikləri 

Qəbzlik 

Ürəkbulanma 

Qusma və.s. kimi hallara rast gəlmək olar. 

Nəyin tərkibində var? 

Dəniz məhsulları, qaraciyər, yumurta, süd və süd məhsullarının tərkibində vardır. 



E Vitamini

Faydaları: 

Antioksidant xüsusiyyəti vardır 

Anemiyanın qarşısını alır 

Hüceyrə və toxmaları xarici təsirlərdən qoruyur 

Xərçəngdən qoruyucu təsiri vardır 

Az olduqda: 

Dəqiq bilinmir 

Çox olduqda: 

Baş ağrısı 

Əzələlərdə gücsüzlük 

Yorğunluq baş verir. 

Nəyin tərkibində var? 

Bitki yağları, dəniz məhsulları, quru meyvələr, yumurta və.s tərkibində var. 



B1 Vitamini

Faydaları: 

Hüceyrələrin, sinir və həzm sisteminin işləməsi üçün lazımlıdır 

Qidaların enerjiyə çevrilməsinə kömək edir 

Az olduqda: 

Sinir və həzm sistemi problemləri 

İştahsızlıq 

Yorğunluq 

Çəki itgisi 

Mədə bulantısı baş verir 

Çox olduqda: 

Digər B vitaminlərinin qəbuluna mənfi təsir edir 

Nəyin tərkibində var? 

Buğda, ciyər, yerfıstığı, quru üzüm, portağal, quru lobyanın tərkibində vardır. 



B2 Vitamini

Faydaları: 

Qidaların enerjiyə çevrilməsinə kömək edir 

Az olduqda: 

Dəridə quruma və çatlama 

Görmə problemləri 

İşığa qarşı həssaslıq 

İştahsızlıq yaranır. 

Çox olduqda: 

B1 və B6 vitaminlərinin sorulmasına mane olur 

Nəyin tərkibində var? 

ət , qara ciyər , yumurta , süd , kəsmik , paxla , ispanaq , itburnunun tərkibində vardır. 



B3 Vitamini

Faydaları: 

Qidaların enerjiyə çevrilməsinə kömək edir 

İştahı artırır, həzmi asanlaşdırır 

Sinir sisteminin düzgün işləməsinə kömək edir 

Az olduqda: 

Qarınağrısı 

Ağızda yaralar 

Həddindən qartıq az olduqda pallegra xəstəliyi baş verir. 

Çox olduqda: 

Qaraciyərin funksiyası pozulur 

Qanda şəkərin miqdarı artır 

Ürək döyüntülərində problem yaranır 

Nəyin tərkibində var? 

Toyuq, balıq, yerfıstığı, pomidorda qarabaşaq (qreçka) , maya , böyrək , soyanın tərkibində olur. 



B6 Vitamini

Faydaları: 

Qidaları orqanizmin istifadəsinə hazırlayır. 

Az olduqda: 

Depresiya 

Ağızda quruluq 

Dəridə qaşıntı baş verir. 

Çox olduqda: 

Təsadüfi rast gəlmək olar 

Nəyin tərkibində var? 

Banan, toyuq, qozda dənli bitkilər , mal əti , süd , qara ciyər , balıq , yumurtanin sarısı , çörəyin tərkibində olur. 



C Vitamini

Faydaları: 

İmmuniteti artırır 

Yara ve iltihabların sağalmasına təsir edir 

Diş ətlərinin sağlamlığına müsbət təsir edir 

Damarları gücləndirir 

Az olduqda: 

Diş ətlərində qanama 

Yorğunluq və iştahsızlıq 

Yaraların gec sağalması baş verir. 

Çox olduqda: 

Böyrək daşı əmələ gəlməsi 

İshal yaranır. 

Nəyin tərkibində var? 

Portağal, yaşıl bibər, çiyələk, qreyfurt, pomidorda C vitamini vardır 



Kalsiyum

Faydaları: 

Sümük və dişlərin inkişafı üçün lazımlıdır 

Sinir sisteminin və əzələlərin sağlam işləməsinə kömək edir 

Az olduqda: 

Uşaqlarda raxit 

Sümüklərdə yumuşalma 

Osteoxandroz yaranır. 

Çox olduqda: 

Böyrək daşları 

Yumuşaq toxmalarda yüksək miqdarda kalsiyum 

Əzələ tutulmaları baş verir. 

Nəyin tərkibində var? 

ərik , böyürtkən , pendir , süd , lobya , şaftalı , ananas , turp , ciyərin tərkibində olur. 



Fosfor

Faydaları: 

Sağlam sümük inkişafı üçün lazımlıdır 

Qidaları enerjiyə çevirir 

Az olduqda: 

Çox az rast gəlmək olar 

Çox olduqda: 

Qanda kalsiyumun miqdarını aşağı salır 

Nəyin tərkibində var? 

Paxlalı bitkilər, yağsız qatıq, toyuq, süd, balıq, yumurtanın sarısında bu vitamin vardır. 



Dəmir

Faydaları: 

Hemoqlabinin yaranması üçün lazımlıdır 

Qanda oksigenin dövr etməsinə kömək edir 

Az olduqda: 

Yorğunluq 

Gücsüzlük 

Baş ağrısı 

Təngnəfəslik 

Anemiya baş verir. 

Çox olduqda: 

Qaraciyərə və mədəaltı vəzə zəhərli maddə yığılır 

Nəyin tərkibində var? 

Ciyər, ət, qaysı qurusu, ıspanaq, quru lobyada bu vitamın vardır. 



Yod

Faydaları: 

Trioit vəzlərinin normal funksiyası üçün lazımlıdır 

Az olduqda: 

Yod çatışmazlığı yaranır. 

Çox olduqda: 

Trioidin funksiyalarının pozulması baş verir. 

Nəyin tərkibində var? 

dəniz duzu, qara qarağat , soğan , dəniz kələminin tərkibində olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!