Düzgün qidalanma: Dəri, bədən quruluşu, əhval-ruhiyyə və immunitet üçün

Düzgün qidalanma: Dəri, bədən quruluşu, əhval-ruhiyyə və immunitet üçün
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 17
Heç
vaxt inanmayın ki, qadın yaxşı görüntü naminə istər gözəlliyindən,
istərsə də, bədən formasından qurban verməlidir. Amma, əslində, zərif
siluet və möhkəm dəri arasında balans yaratmaq asandır. Sadəcə qida
rasionunuzda müəyyən nüanslara diqqət etməyiniz yetərlidir. Bəs buna
necə nail olmaq olar? İstər dəri, istər bədən, istər forma, istərsə
əhval-ruhiyyə, immunitet sistemi və bu kimi xüsusiyyətlərə görə, düzgün
qidalanmaq şərtdir. Biz də, sizə bu nüanslara görə düzgün qidalanmağın
əhəmiyyətini daha ətraflı araşdırdıq və təqdim edirik.



Çəki
itirmək üçün sağlam qidalanmaq və pəhriz tamamilə ayrı-ayrı
anlayışlardır. Bundan əlavə, pəhriz müddətində əzələ kütləsi azala
bilər, dəri pisləşməsi baş verə və ümumi bədəndə balanssızlıq yarana
bilər. Enerjini, gəncliyi və düzgün qaməti bir arada saxlamaq üçün
sizə qidalanmaq vacibdir. Amma həmişə bu yetərli olmur. Hər şeyi zövq və
ağılla etmək daha düzgündür. Bu, bütün orqanlar arasında uyğunluq
yaratmağın əsasını təşkil edir. 



Dəri üçün

Sinki
unutmaq olmaz. O bizim hüceyrələr tərəfindən istehsal olunan güclü
antioksidantdır, hormonlar və qan şəkər səviyyəsini tənzimləyir. Sink
immun sistemini gücləndirir, dəri və kollagen sintezinin yenilənməsində
böyük rol oynayır. Bədəndə bu qiymətli elementin çatışmazlığı yaşlanma
prosesini sürətləndirir. Təəssüf ki, sink stressə qarşı çox həssasdır.
Bu hal sizdə baş verdikdə dəridə müəyyən problemlər yaranmağa
başlayacaq.



Sinki hardan tapmaq olar? 

İstiridyə
- dünyada sink tərkibinə görə, çempiondur. Siz sinki daha çox
balqabağın tumlarından qazana bilərsiniz. Həmçinin qoz-fındıq,
paxlalılar, taxıl, qırmızı ət, pendir, yumurta, dəniz məhsulları,
çuğundur, moruq və firəng üzümü də, sinklə zəngindir. C vitaminindən
istifadə edin. O əsas gənclik vitaminlərindən biridir. Nə kimi təsiri
olur? C vitamini dərimizi toksinlərdən, zərərli maddələrdən və
mikroblardan azad edir. 



C vitaminini hardan tapmaq olar?

Qara
qarağat, şirin bibər, sitrus meyvələri, kivi, təzə tərəvəz kimi
qidaların tərkibində C vitamini bol miqdardadır. Təbii ki, bütün bunlar
çiy yeyilməlidir. Və çox yeməkdən qorxmayın. C vitamini artıq olmur. 



Bədən quruluşu üçün

Kalsium
və D vitaminini birləşdirin. Bu tandem sizə təkcə güclü sümüklər deyil,
həm də, möhkəm dişlər, yaxşı dırnaqlar və gözəl bədən forması vəd edir.
Kalsium maddələr mübadiləsini və yağların əriməsini sürətləndirir. Buna
görə də, D vitamininin köməyi olmadan o yaxşı mənimsənmir və sürətlə
də, bədəndən ifraz olunur. "Dost”ları ilə yanaşı, kalsiumun "düşmən”ləri
də var. Bunlar oksalik turşusu və aspirindir.



Kalsium və D vitaminini hardan tapmaq olar?

İlk
növbədə süd məhsullarından, tərəvəzlərdən, yumurtadan, pendirdən və
krevetkadan almaq olar. D vitaminini isə  yağ, yumurta sarısı, balıq
yağından qazana bilərsiniz. Və günəşdə bol-bol gəzin. Amma zövq alaraq
və vitamini qaydasında alaraq bunu etsəniz daha faydalı olar. 



Əhval-ruhiyyə və immunitetin müdafiəsi üçün

Omeqa
turşularına diqqət edin. Onların sinirləri sakitləşdirmək, əzələ
kütləsini artırmaq, dəri keyfiyyətini yaxşılaşdırmaq, iltihabla
mübarizə, onun parçalanması, tənzimlənməsi, yağ toplanmasına mane olmaq
və beynin funksiyalarını yaxşılaşdırmaq kimi xüsusiyyətləri var.
Və əlbəttə ki, gəncləşməyə kömək edir.



Omeqa turşularını hardan tapmaq olar?

Balıq
yağı, dəniz məhsulları, şimal dənizlərinin balıqları -  qızıl, somon,
sardina, tuna, hamsi kimi balıqlar (mükəmməl Omega-3 və Omeqa-6 ilə
zəngindirlər) Omeqa turşuları ilə zəngindir. Gündə bu qidaları rasionda 2
dəfə istifadə etmək faydalıdır. Porsiyanı isə özünüz təyin
edə bilərsiniz. Əmin olun ki, rasionunuza bu qidaları əlavə etsəniz
sizin üçün heç də pis olmayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!