Hər gün bir alma yeyərək ömrünüzü uzadın

Hər gün bir alma yeyərək ömrünüzü uzadın
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 26
Avstraliyada 1456 qadın arasında aparılan araşdırmalar sübut edib ki,
gündə bir alma yeyən insanlar digərlərinə nisbətən daha uzun yaşayır.
Belə bir sual yaranır: alma ömrü necə uzadır?



Məlum olub ki, gündə bir ədəd alma yemək erkən yaşda ölüm riskini 35%
azaldır. 70 və 85 yaşlı 1456 qadın arasında 15 il ərzində aparılan
araşdırmaların nəticəsinə görə, gündə 100 qram alma yeyən qadınlar daha
uzun yaşayır. Təcrübəçi Conathan Hodgson bu təsirin alma qabığındakı
flavanoidlər və liflər sayəsində olduğunu bildirib.



Flavanoidlər antioksidan təsiriylə hüceyrələrin zədələnməsinin qarşısını
alır. Alma qabığındakı liflər isə xolesterolu və təzyiqi nizamlayır,
xərçəng riskini azaldır. Eyni zamanda maqnezium, kalium və C vitamini
qaynağı olan alma digər meyvələrə nisbətən daha böyük bir təsirə
malikdir. Hər gün alma yeyən insanların sağlam bir həyat yaşadıqları
sübut olunub. Almayla birlikdə digər meyvə və tərəvəzləri yemək də
sağlamlığınıza və daha uzun yaşamağınıza qatqı təmin edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!