Ürəyinizi qorumağın yolu 5 qidadan keçir

Ürəyinizi qorumağın yolu 5 qidadan keçir
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 24
Yəqin
ki, sizin də sağlamlığınız üçün müəyyən etdiyiniz qidalanma rutininiz
var. Bəlkə də, qoyduğunuz bu qayda, seçdiyiniz qidalar heç də, sağlam
qidalanmanın standartlarına cavab vermir. Yediyimiz qidalar birbaşa
bizim ruhumuza təsir edir. Yəni, biz nə yeyiriksə oyuq. Ona görə də,
sağlam ürək sahibi olmaq istəyirsinizsə təqdim etdiyimiz qidaları mütləq
pəhrizinizə əlavə edin. 



Yağsızlaşdırılmış yoqurt

Onun
tərkibində qan təzyiqini salan və ürək xəstəliklərinin yaranması
təhlükəsini azaldan maqnezium, kalium və kalsium kimi faydalı minerallar
var. Eyni zamanda yağsız süd məhsullarının tərkibində arteriyanın
qaydasında işləməsinə mane olan zərərli piylər yoxdur. 

Kiçik
bir ipucu verək: adi, şəkərsiz yoqurt alıb, özünüz içinə bal və ya
meyvə dilimləri qata bilərsiniz. Şəkərli yoqurt qandakı yüksəksəviyyəli
lipoprotein  sıxlığının (sağlam xolestrol) səviyyəsinin düşməsinə səbəb
ola bilir.



Qarağat giləsi

Qarağatın
tərkibində arteriyanın zədələnməsinin qarşısını alan mikroqida
maddələri var. Ümumiyyətlə, gün ərzində 5 növ meyvə və tərəvəz yemək
lazımdır ki, onlardan biri mütləq qarağat olmalıdır. Bundan başqa
rasionunuza qidalı maddələrlə zəngin olan üzüm, gavalı və quşüzümü də
əlavə etsəniz faydalı olar.



Qoz

Zərərli
xolesterinlə mübarizə aparmaq üçün salat və ya yulafdan hazırlanan
yeməklərinizə qoz qatmağı unutmayın. 7 ədəd qozun tərkibində 100 kalori
var. Həm də, qoz ürəyi qorumağa kömək edən B vitamini və taninlə çox
zəngindir. Eyni zamanda qoz yağından istifadə edin.
Tərkibindəki xeyirli, bitki mənşəli piylər vasitəsilə arteriyanın
bərkiməsilə mübarizə aparır.



Sellülozlu yeməklər

Bütün
yarmaların tərkibindəki sellüloza kifayət qədər deyil. Ona görə də,
yarmalar alarkən qablaşdırmanın üzərini diqqətlə oxuyun. Yarmanın yulaf
unundan hazırlanmasına diqqət edin. Belə yeməklərin tərkibindəki
sellüloz xolesterinin səviyyəsini qaydasına salır. Yarmadan
yemək hazırlasanız soya südü əlavə etməyi unutmayın.



Paxla

Araşdırmalar
göstərir ki, paxladan tez-tez istifadə edən qadınlarda ürək
xəstəliklərinin əmələgəlmə təhlükəsi digərlərinə nisbətən 69%  azdır.
Natriumun miqdarını azaltmaq üçün təzə və ya konservləşdirilmiş paxladan
istifadə edin. Dükana-bazara gedəndə rasionunuz və sağlam ürəyiniz üçün
bu qidaları səbətinizə atmağı unutmayınскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!