Ramazanda düzgün qidalanmanın yolları

Ramazanda düzgün qidalanmanın yolları
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 10
Sizə iftar və imsakda nə yeməli olduğunuzu təqdim edirik:



Süd: bir
stəkan iftardan bir neçə saat sonra, bir stəkan isə imsakda
içilməlidir. Süd əsas kalsium və D vitamini qaynağı olduğu üçün aclıq
hissini dəf edir.



Yumurta: Mütəxəssislər yumurtanın ən keyfiyyətli protein mənbəyi olduğunu deyir. Doyumluq hissi verdiyi üçün süfrədə olması məsləhətdir.



Darçın: Yümək
sonrası bir çimdik darçın insulinin səviyyəsini salır, aclıq hissini
öldürür. Ramazanda qan şəkərinin tənzimləmək istəyənlər günə bir çay
qaşığı darçın yeməlidir. Darçını südə qarışdırıb içmək də olar.



Kefir: Həzmi
asanlaşdıran içkidir. Yoqurtdan daha faydalı olaraq bağırsaqda həzmə
kömək edən bakteriyaların sayını artırır, pis xassəli bakteriyaları isə
öldürür.



Yaşıl çay: Bədəndə
olan yağların azalmasına kömək edir. Ürəyə xeyirlidir. Hər hansı
sağlamlıq probleminiz yoxdursa, Ramazanda 2-3 fincan yaşıl çay ürəyinizi
və bədənizi gümrah hiss etdirəcək.



Quru lobya: Orqanizmin arıqlamasını və kökəlməsini tənzimləyir. Ramazanda əsas yeməyin yanında bir qaşıq olması da kifayət edər.



Meyvə: İmsakda
bolluca meyvə yeyin. Meyvə sizi gün ərzində rahatlayacaq, qan şəkərində
enib-qalxmaları tənzimləyəcək. Həm də meyvə yeməklə susuzluğu yatıra
biləcəksiniz.



Qoz-fındıq: Mədədən gec keçdiyi üçün toxluq hissi verir.



Ramazanda ağ çörəkdən imtina etsəniz daha məsləhətli olar. Əvəzində kəpəkli çörək istifadə edin. Bundan başqa süfrənizdən xurma və pendiri əskik etməyin. İstiotlu və çox yağlıyeməklərdən imtina edin. Qazlı suların əvəzinə kompot və ya adi su içsəniz, mədəniz daha rahat olar. İftar açılandan sonra qısa zamanda çoxlu yeməkdən imtina edin. 



Unutmayın ki, Ramazan ayı təkcə ac qalmaqdan ibarət deyil. Nəfsinizi bütün mənalarda tox tutmağı bacarmalısınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!