Bu meyvə-tərəvəzlərin qabıqlarını soymayın!

Bu meyvə-tərəvəzlərin qabıqlarını soymayın!
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 44
Qidalanma üzrə mütəxəssislərin fikirinə görə, bəzi meyvə və tərəvəzlərin qabıqları hətta onların ətindən də faydalıdır.

Alimlər bu meyvə və tərəvəzləri yaxşı yumağı və qabıqlı şəkildə yeməyi tövsiyə edirlər.

 

Bu meyvə-tərəvəzlərin arasında:

- Alma.

Flavonoidlər və antioksidantlarla zəngin olan alma
qabığı güclü iltihabəleyhinə təsirə malikdir, orqanizmin qocalmasına
səbəb olan sərbəst radikallarla mübarizə aparır, xərçəngəleyhinə təsir
göstərir.

Alma qabıqları pektinlərlə zəngindir. Bu maddələr həzm sisteminin sağlamlığını qoruyur.

 

- Xiyar.

Kremniumla zəngin olan xiyar qabığı dəri üçün çox xeyirlidir, dərini cavanlaşdırır və möhkəmləndirir.

Həmçinin xiyar qabıqları bağırsaqları çox yaxşı təmizləyir.

 

- Badımcan.

Badımcanın qabığı antioksidantlarla xüsusilə
zəngindir. Antioksidantlar orqanizmdə gedən qocalma proseslərini
ləngidir, orqanizmi hüceyrə səviyyəsində ziyanlı təsirlərdən qoruyur.

 

- Kivi.

Kivinin qabıqları güclü antioksidant, antikonserogen
(xərçəngəleyhinə) təsirə malikdir, iltihabəleyhinə təsir göstərir,
stafilokokk və bağırsaq çöpləri ilə mübarizə aparır.

Kividən smuzi və ya şirə hazırladıqda qabıqlarını soymayın - meyvələri yaxşı yuyun və istifadə edin.

 

- Portağal.

Portağal qabıqları qiymətli müalicəvi məhsuldur. Efir
yağları ilə zəngin olan portağal qabıqları orqanizmə iltihabəleyhinə
təsir edir, immun sistemini möhkəmləndirir, həzm proseslərini
yaxşılaşdırır, sakitləşdirir.

Portağaldan şirə və ya smuzi hazırladıqda qabıqlarını soymayın.

Portağal qabıqlarından çox dadlı və faydalı çay
hazırlayın. 1 portağalın qabıqlarının üzərinə 1 stəkan qaynar su tökün,
15 dəqiqə dəmləyin, 1 çay qaşığı bal əlavə edin və için. Bu içki
orqanizmi çox yaxşı tonuslaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!