Maddələr mübadiləsini sürətləndirən 10 möcüzəli qida

Maddələr mübadiləsini sürətləndirən 10 möcüzəli qida
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 39
Hər bir xanımın yay aylarındakı ən böyük kabusu
arzuedilməz artıq çəkilərdir. Ona görə də yay fəslinə gümrah, xoşbəxt və
sağlam başlaya bilərsiniz.

Gümrah və sağlam həyatın sirri isə maddələr mübadiləsini sürətləndirən qidalardan keçir.



Maddələr mübadiləsini sürətləndirəcək 10 qida:



1. Yaşıl Çay

Yaşıl çay tərkibindəki polifenol sayəsində güclü bir
antioksidandır. Bu səbəbdən bədənimizdə fərqli səbəblərdən yaranan
sərbəst radikalları təmizləmə bacarığına malikdir. Lipolitik, yəni yağ
yandırıcı və glikojenolitik xüsusiyyəti sayəsində yavaşlayan maddələr
mübadiləsini hərəkətə gətirən çox gözəl içkidir.

 

2. Zəncəfil

Zəncəfil güclü bir antioksidan və antienflamatuvar
xüsusiyyəti olan bir bitkidir. Zəncəfil ehtiva etdiyi gingerol və
zingibain sayəsində iştahı azaltma xüsusiyyətinə malikdir. Bu səbəbdən
zəncəfili yeməklərdə və salatlarda istifadə etsəniz, bədəninizdəki yağın
yandırılmasına kömək olar.

 

3. Limon

Limon C vitamini və posa ilə zəngin meyvədir. Bağırsaq
fəaliyyətinin nizamlı olmasına kömək olur. Aparılan araşdırmalar sübut
edib ki, kifayət qədər C vitamini qəbul edən insanlar məşq, idman
əsnasında daha çox yağ yandırırlar. Bununla yanaşı, qidalanmasında
kifayət miqdarda C vitamini olan insanlar aşağı bədən kütlə indeksi ilə
digərlərindən fərqlənir. Nəticə olaraq, kifayət qədər C vitamini
alsanız, üstəlik, idman da etsəniz, istədiyiniz qədər yağ yandıra
bilərsiniz.

 

4. Alma

Ehtiva etdiyi pektin sayəsində bağırsaq fəaliyyətini
qüvvətləndirir. C vitamini tərkiblidir və güclü bir antioksidandır. C
vitamini sayəsində, həm də idmanla birlikdə alma sizi artıq çəkidən azad
edər.

 

5. Qreypfrut şirəsi

Qreypfrut yağ yandırma xüsusiyyəti ilə arıqlama
proqramlarında yer alan qidalardan biridir. Yeməkdən 30 dəqiqə əvvəl
içmək yemək əsnasında daha az yeməyinizə səbəb olacaq, eyni zamanda daha
az kalori almış olarsınız. Ancaq qreypfrut içmək bəzi dərmanlarla
qarşılıqlı təsirə girə bildiyi üçün bu üsulu tətbiq etməzdən əvvəl
dietoloq və ya həkimə məsləhətləşin.

 

6. Nanə cövhər çayı

Mate çayı tərkibindəki kafein sayəsində yaşıl çay kimi
maddələr mübadiləsini sürətləndirərək arıqlamağa səbəb olur. Ən üstün
xüsusiyyəti isə yağ yandırıcı xüsusiyyətə malik olan çaydır.

 

7. Acı bibər - qara bibər

Qırmızı acı bibər tərkibindəki maddələr sayəsində
bədən istiliyini artırır və bunun sayəsində oksigen ehtiyacı yaradır.
Nəticə olaraq maddələr mübadiləsini hərəkətə gətirir və yağ yandırıcı
xüsusiyyəti var. Qara bibər isə ehtiva etdiyi istiot törəməsi
birləşmələri sayəsində güclü bir antikanserogen təsirə malikdir. Eynilə
qırmızı bibər kimi, maddələr mübadiləsinin hərəkətə gətirir.

 

8. Qatıq

Qatıq zülal qaynaqlı olduğu kimi ehtiva etdiyi
probiotiks sayəsində bağırsaq florasının mühitini nizamlayır. Toxluq
hissi yaradır. Bu səbəbdən maddələr mübadiləsini sürətləndirir və
arıqlama proqramlarında yağ yandırıcı xüsusiyyəti səbəbindən ilk sırada
yer alır.

 

9. Ağ çay

Qüvvətli bir antioksidandır. İmmunitet sistemini
gücləndirir və antikanserogendir. Multi funksional təsirlərə malikdir.
Yağ yandırıcı xüsusiyyəti mövcuddur. Bədəndəki yağ nisbətini tarazlamağa
kömək edən təsirə malikdir. Bu səbəbdən də piylənmə və piylənmə ilə
bağlı problemlərin müalicəsində faydalıdır.

 

10. Qəhvə

Aparılan araşdırmalar sübut edib ki, qəhvə
tərkibindəki kafein sayəsində maddələr mübadiləsini sürətləndirir. Bu
səbəbdən gündə 2-3 fincan sadə qəhvə içmək məsləhət görülür. Qəhvə
arıqlama proqramlarında da yer alır. Həddindən artıq türk qəhvəsi içmək
insulin müqavimətinə gətirib çıxarır. Yaşıl qəhvənin isə regional
yağlanma və arıqlamada yağ yandırıcı xüsusiyyəti müşahidə edilib. Sadə
neskafe və filtr qəhvə isə maddələr mübadiləsini sürətləndirici təsirə
malikdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!