Damarları təmizləyən və ürəyi qoruyan qidalar

Damarları təmizləyən və ürəyi qoruyan qidalar
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 32
Ürək narahatlıqları ilə bağlı şikayətlər gündən-günə artmaqdadır. Bu da birbaşa sağlamlığımıza ziyandır.

Balanssız qidalanma nəticəsində tıxanan damarlar isə
ölüm riskini artırır. Bəs özümüzü bundan necə qoruyaq? Aile.lent.az
damarları təmizləyən möcüzəvi qidaları bu cür sıralayıb.

 

Badam

E vitamini, həll edilmiş lif və doymamış yağlarla
zəngin olan badam ehtiva etdiyi antioksidanlar sayəsində damarlara zərər
dəyməsinə mane olur.

 

Zərdəçal

Zərdəçal damarların təmizlənməsində ən təsirli
ədviyyatlardan biridir. Bundan başqa, damar sərtliyinin qarşısını alır
və yağ yığılmasına mane olur.

 

Nar

Tərkibindəki antioksidanlar sayəsində nar qan
dövranını sürətləndirir, qanın axıntısını artırır və damarların
tıxanmasının qarşısını alır.

 

Yaşıl çay

Yaşıl çayın tərkibindəki oksidativ damarları zədələyən
stressi azaldır və damarları təmizləyir. Ehtiva etdiyi antioksidanlar
xolesterolu aşağı salar və bunun sayəsində ürək qorunur.

 

Yulaf

Yulaf xolesterolu aşağı salır və damarları təmizləyir. Yemək menyunuza yulaf əlavə etməyiniz məsləhətdir.

 

Darçın

Antioksidan qaynağı olan darçın qandakı şəkəri aşağı
salır və bu damarlar üçün çox faydalıdır. Gündə 1 çay qaşığı darçının
qandakı yağ nisbətini 26% azaltdığı sübut edilib.

 

Zeytun yağı

Aralıq dənizi ölkələrində ürək xəstəliklərinin
müşahidə edilmə faizi yüksəkdir. Bunun səbəblərindən biri də zeytun
yağından istifadənin çox aşağı olmasıdır. Tərkibindəki antioksidanlar
sayəsində xərçəngin qarşısını alır və təzyiqi aşağı salır.

 

Brokoli

K vitamini və lif baxımından zəngin olan brokoli
xolesterolu və təzyiqi aşağı salar. K vitamini damarlardakı kalsium
səviyyəsini tarazlayır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!