Yaddaşı yaxşılaşdırmaq üçün bunları yeyin

Yaddaşı yaxşılaşdırmaq üçün bunları yeyin
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 24
Bəzi məhsullar yaddaşı və diqqəti yaxşılaşdırmağa kömək edir. Bu məhsullar arasında:

 

Yaddaşı yaxşılaşdırmaq üçün bunları yeyin 

 

1. Balıq.

Omeqa-3 yağlı turşularla zəngin olan balıq beynin fəaliyyətinə çox müsbət təsir edir, yaddaşı və diqqəti yaxşılaşdırır.

 

2. Qəhvə

Araşdırmalar göstərib ki, qəhvə həqiqətən yaddaşı yaxşılaşdırmaq xüsusiyyətinə malikdir.

 

3. Şokolad

Təbii tünd şokolad çox faydalı məhsuldur. Ürək-damar
və sinir sisteminə çox müsbət təsir edir, yaddaşı və beynin fəaliyyətini
yaxşılaşdırır.

 

4. Sarıkök

Sübut olunub ki, bu ədviyyat beyinin fəaliyyətinə yaxşı təsir edir, yaddaşı möhkəmləndirir.

 

5. Qara və qırmızı üzüm

Amerika alimləri araşdırmalar nəticəsində belə qərara
gəldilər ki, qara və qırmızı üzüm yaşla əlaqəli olan yaddaşın və
diqqətin pozulmasını ləngidir.

Digər araşdırma zamanı iştirakçılar 1 ay ərzində hər
gün üzüm şirəsini içirdilər. 1 aydan sonra məlum olub ki, onlar öz
yaddaş testlərinin nəticələrini xeyli yaxşılaşdırıblar.

 

6. İspanaq

Antioksidantlar və fol turşusu ilə zəngin olan ispanaq beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır .

 

7. Qoz-fındıq

Mütəxəssislər hər gün 1 ovuc qoz-fındıq yeməyi tövsiyə
edirlər. Bununla siz həm ürək-damar, həm sinir sisteminizi müxtəlif
mənfi təsirlərdən qoruya bilərsiniz.

 

8. Yumurta

Yumurtanın tərkibində beynin fəaliyyəti üçün çox faydalı olan bir çox maddələr var.

 

9. Soya

Bu bitki bütün dünyada beynin fəaliyyətini və yaddaşını yaxşılaşdıran əsas bitkilərdən biri sayılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!