Bu qidalar xərçəngə səbəb ola bilər

Bu qidalar xərçəngə səbəb ola bilər
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 20
Xərçəng bütün dünyada ölüm səbəblərinin arasında ürək-damar sistemi xəstəliklərdən sonra 2-ci yer tutur.

İldən ilə bütün dünyada xərçəng xəstəliyinə tutulan
insanların sayı artır. Həkimlər bu qorxunc xəstəliyin xeyli
cavanlaşmasını müşahidə edirlər. Əvvəllər xərçəng xəstəlikləri əsasən
insanlarda 50 yaşında sonra inkişaf edirdi. Hal hazırda isə xərçəng bir
çox hallarda cavan insanlarda, uşaqlarda aşkar olunur.

Həkimlərin fikirinə görə, bunun səbəblərindən biri
qidalanmadır. Müasir qidaların tərkibinə çoxlu miqdarda kimyəvi maddələr
(konservantlar, dadvericilə və s.) əlavə olunur ki, bu maddələrin daim
və çoxlu miqdarda orqanizmə daxil olunması xərçəngin inkişafının riskini
artırır.

 

Bu qidalar xərçəngə səbəb ola bilər 

 

Həkimlərin fikirinə görə, bu kimi qidalar və məhsullar kanserogen (xərçəng əmələ gətirən) xüsusiyyətlərə malikdir:

- İstənilən qızardılmış qidalar (qızardılmış kotlet,
kartof, balıq və s.). Həkimlər qidaları suda və ya buxarda bişirməyi
tövsiyə edirlər.

 

- Marqarin, spred və s. yağ əvəzediciləri. Nəzərə
almaq lazımdır ki, belə "yağlar" dükanlarda satılan peçenye, vafli,
pirojna, tort, keks və s. un məmulatlarının tərkibinə daxil edilir.

 

- Düzgün saxlanılmayan və ya köhnə məhsullarda göbələk
əmələ gələ bilər. Göbələk güclü kanserogen sayılır. Orqanizmdə
yığıldıqda göbələk xərçəngin inkişafına səbəb ola bilər. Bu səbəbdən
üzərində göbələk olan istənilən qidanı dərhal atmaq lazımdır. Bəzən
qadınlar göbələk olan hissəsini atıb qalan məhsulu istifadə edirlər
(məsələn, çörək, mürəbbə və s.). Bu qəti şəkildə yolverilməzdir!
Mikroskopik göbələk sporları bütün məhsula yayılır.

 

- Hisə verilmiş istənilən qidalar, kolbasa, sosis
güclü kanserogen effektə malikdir. Bu qidaları qidalanmadan ümumiyyətlə
çıxartmaq lazımdır.

 

- Dükanlarda satılan əksər konservlərin (ət, balıq
konservləri), turşuların, kompotların, mürəbbələrin, jemlərin və s.
tərkibinə müxtəlif kimyəvi maddələr daxil edilir. Bu maddələr orqanizmdə
toplanaraq ona kanserogen təsir edir.

 

- İstənilən fast-fud qidaları (dönər, qamburqer, pirojki, kartof-fri və s.)

.

- Çox isti qidalar və içkilər.

 

- Spirtli içkilər. Onların tərkibinə güclü kanserogen
etanol var. Etanol xüsusilə qara ciyərin hüceyrələrinə (hepatositlər)
çox mənfi təsir edir, onları məhv edir.

 

Həkimlər
insanlara təbii, ev şəraitində bişirilmiş qidalara üstünlük verməyi, hər
gün ən azı 500 qr meyvə-tərəvəz, göyərti yeməyi, 1,5-2 l təmiz su
içməyi tövsiyə edirlər. Qidaları suda və ya buğda bişirmək lazımdır.
Qızardılmış qidalar rasiondan çıxarılmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!