Dərinin cavanlığını qorumaq istəyirsinizsə, bunları yeyin!

Dərinin cavanlığını qorumaq istəyirsinizsə, bunları yeyin!
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 55
Dərimizin elastikliyini və cavanlığını "kollagen" adlı xüsusi zülal təmin edir. Bu zülal dərinin tərkibinə daxildir.

Kollagen lifləri dəridə xüsusi karkas yaradır ki,
dərimiz bu karkasa sanki dartılmış olur. İnsan yaşa dolduqca orqanizmdə
kollagenin sintezi azalır, dağılması isə tezləşir. Məhz bu səbəbdən dəri
tədriclə elastikliyini itirməyə, sallanmağa başlayır, qırışlarla
örtülür.



Həkimlər orqanizmdə kollagenin sintezini stimullaşdırmaq üçün qidalanmaya bu kimi məhsulları daxil etməyi tövsiyə edirlər:

- yarmalar (qarabaşq, yulaf yarması), paxlalılar
(noxud, lobya, mərci və s.), dəniz ilbizi, mollyusk. Bunların tərkibində
mis mineralı var ki, bu mineral kollagenin sintezində iştirak edir.

 

- sitrus meyvələri (kivi, portağal, limon), qara
qarağat, itburnu. Bu məhsullar C vitamini ilə zəngir. Onun defisiti
zamanı kollagenin sintezi ləngiyir.

 

- yumurtanın sarısı kükürdlə zəngindir. Kükürd dərimiz üçün ən vacib minerallardan biridir.

 

- cücərdilmiş buğda, pivə mayası. Bu məhsulların tərkibində çox vacib sink mineralı var.



- çuğundur, qırmızı bibər dəri üçün vacib olan kremniumla zəngindir.

 

- qızılbalıq və s. yağlı balıq növləri. Omeqa-3, -6 və
-9 maddələrlə zəngin olan balıq dəridə bərpa prosesləri stimullaşdırır,
kollagenin sintezinin artmasına kömək edir.

 

- ət, qaraciyər orqanizmi zülallarla təmin edir. Zülalların defisiti dərinin daha tez qocalmasına səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!