Baş ağrıları zamanı bunları yeyin!

Baş ağrıları zamanı bunları yeyin!
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 35
Atmosfer təzyiqinin, havanın dəyişilməsi hətta tam
sağlam insanlarda baş ağrılarına səbəb olur. Baş ağrısı zamanı dərhal
dərmanlara əl atmayın.

Bəzi qida məhsulları baş ağrıları zamanı sizə çox yaxşı kömək edə bilər.



Bu qidalar arasında:

1. Kartof

Təəccublənməyin, adi kartof həqiqətən baş ağrısını
azaldır. Kartof kalium maddəsi ilə zəngindir. Məhz bu maddə baş ağrıları
zamanı kömək edir.

Kartofu bişmiş halda yemək lazımdır.

 

2. Balqabaq tumları.

Bu tumlar digər baş ağrılarını azaldan mineralla -
maqneziumla zəngindir. Bundan əlavə balqabaqda beyinin fəaliyyətini
yaxşılaşdıran sink və fosfor mineralları da var.

 

3. Badam

Badam da maqneziumla zəngindir. Həmçinin badamda B2
vitamini var. Həkimlər bu vitamini miqren zamanı qəbul etməyi tövsiyə
edirlər.

 

4. Küncüt

Kalsium və bir çox digər faydalı maddələrlə zəngin olan küncüt baş ağrıları zamanı yaxşı kömək edir.

 

5. Yağlı balıq

Omeqa-3 yağlı turşular və D vitamini ilə zəngin olan balıq xroniki baş ağrıları zamanı çox yaxşı kömək edir.

 

6. Zəncəfil

İltihabəleyhinə və antihistamin təsirlərə malik olan
zəncəfil baş ağrılarını azaldır. Əgər siz baş ağrıları və ya miqren
tutmasının yaxınlaşmasını hiss edirsinizsə, 1 fincan zəncəfil çayı qəbul
edin.

 

7. Acı istiot (çili)

Kapsaisin alkaloidlə zəngin olan acı istiot baş ağrılarının intensivliyini azaldır.

 

8. Kofein

Qəhvənin və qara çayın tərkibində olan bu maddə baş
ağrılarını azaldır. Bir çox ağrısızlaşdıran dərmanların tərkibində
kofein maddəsi olur.

Lakin çoxlu miqdarda qəhvə və çay içən insanlarda kofein əksinə baş ağrılarına gətirib çıxarda bilər.

 

9. Qarpız

Su, kalium və maqneziumla zəngin olan bu nəhəng giləmeyvə baş ağrıları zamanı yaxşı kömək edir.

 

10. Adi su

Bir çox hallarda adi susuzlaşma baş ağrısına səbəb olur. Baş ağrısının ilk simptomlarında 1 stəkan təmiz su için.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!