Sağlam qidalanın, sağlam olun

Sağlam qidalanın, sağlam olun
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 36
Qeyri-sağlam
qidalanma və fiziki avtiv olmamaq bütün dünyada bir çox sağlamlıq
problemlərinin əsas səbəblərindəndir. Sağlam qidalanma piylənmə, diabet,
ürək-damar xəstəlikləri, iflic və onkoloji xəstəliklər də daxil olmaqla
bir sıra qeyri-infeksion xəstəliklərdən (QİX) qorunmağa yardımçı olur.
Sağlam qidalanma vərdişi həyatın erkən dövründən başlanmalıdır. Həyatın
ilk 2 ilində balanslı qidalanma QİX-ə yoluxma riskini azaldır və sağlam
həyat sürülməsini dəstəkləyir.

Son
illərdə əhalinin istifadə etdiyi qidalar daha çox enerji/doymuş və
trans yağ/sadə şəkər/duzla zəngin olur, əksinə meyvə-tərəvəz, tam taxıl
məhsullarını az qəbul edilir. Sağlam və balanslı qidalanma fərdi
ehtiyaclara görə təyin olunmalıdır (yaş, cins, həyat tərzi, fiziki
aktivlik vəziyyəti və s.).

Böyüklər üçün sağlam qidalanma yolları aşağıdakılardan ibarətdir:

•  Tam buğda məhsulları qəbul edilməlidir (tam buğda çörəyi, yulaf və çovdar məhsulları, yarma və s.)

•  Gündəlik 400 qram (5 porsiya) meyvə və tərəvəz qəbul edilməlidir (1
porsiya meyvələr: 1 orta böyüklükdə şaftalı/1 orta böyüklükdə armud/  1
orta böyüklükdə portağal/1 orta böyüklükdə mandarin/1 orta böyüklükdə
nar/3 kiçik xurma)

•  Sadə şəkərlərdən alınan enerji ümumi enerjinin 10 %-dən az
olmalıdır ( sadə şəkərlərə çay şəkəri, bal, cem, bəkməz, şirniyyatlar
kimi qan şəkərini sürətlə qaldıran və qida dəyəri az olan qidalar
aiddir)

•  Yağlardan gələn enerji ümumi enerjinin 30 %-dən az olmalıdır
(gündəlik ümumi enerji ehtiyacı qadınlarda orta hesabla 2100 kkal,
kişilərdə 2800 kkal-dır)

•  Gündəlik 5 qramdan çox olmamaqla yodlu duz istifadə olunmalıdır (1 çay qaşığı)

Uşaqlar üçün sağlam qidalanma yolları aşağıdakılardan ibarətdir:

•  Körpələr ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanmalıdır.

•  6 aydan sonra körpəyə ana südü ilə bərabər yetərli və
qidalandırıcılarla zəngin əlavə qida verilməlidir. Ana südü ilk 2 il
ərzində verilməlidir.

•  Qidalara şəkər və duz əlavə olunmamalıdır.

Sağlam qidalanma üçün sadə məsləhətlər:

Meyvə
və tərəvəz. Yeməklərə tərəvəzlər əlavə olunmalı, yemək aralarında təzə
meyvələr yeyilməlidir. Meyvə-tərəvəzlər müxtəlif çeşiddə və öz
mövsümlərində istifadə olunmalıdır.

Yağlar. Ətlər
bişirilərkən görünən yağlardan təmizlənməli, doymuş yağlar (quyruq
yağı, iç yağı, kərə yağı) əvəzinə bitki yağları (zeytun yağı və s.)
tərcih olunmalı, qızartma/qovurma yerinə buxarda/sobada bişirmə
üsullarına üstünlük verilməli, transyağ tərkibli qidaların qəbulu
məhdudlaşdırılmalıdır.

Duz. Yeməklərə
sonradan duz əlavə olunmamalı, masaya duz qoyulmamalı, zəngin duz
tərkibli qidaların qəbulu məhdudlaşdırılmalıdır.

Şəkər. Şəkər tərkibli qida və içkilərin qəbulu məhdudlaşdırılmalı, əvəzinə meyvə qəbulu tərcih olunmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!