Ürəyə xeyirli qidalar - Sarımsaq, balıq, qoz...

Ürəyə xeyirli qidalar - Sarımsaq, balıq, qoz...
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 29
Ürəklə bağlı xəstəliklərin artması türkəçarəni, təbii vasitələrlə müalicəni də həkim müdaxiləsi qədər aktuallaşdırıb. Hətta kardioloqlar da yeri gələndə belə vasitələri pasiyentlər üçün məsləhət görür.

Bəs ürəyə xeyirli olan qidalar hansılardır? Diqqətiniz bizdə olsun. Sizi həmin siyahı ilə tanış edəcəyik.

Siyahının ilk pilləsində sarımsaq dayanır. Təbiblər iddia edir ki, gündə bir diş sarımsaq ürək xəstəliklərinin qarşısını alır, damarlarda tromb yaranmasına imkan vermir və təzyiq problemlərini həll edir.

Ürəyin dostu olan digər qida isə balıq əti və balıq yağıdır. Bu məhsullar damar daxilində yaranan tıxanmaların qarşısını alır. Həftədə 2-3 dəfə balıq əti və balıq yağından istifadə edənlər ürəklərini qorumuş olarlar.

Üçüncü yerdə qoz-fındıq gəlir. Həftədə iki-üç dəfə 6-7 fındıq, 2-3 qoz yeyən insanların ürəyi sağlam qalır. Bundan başqa çovdar unu, yaşıl çay, qırmızı üzüm ürək hüceyrələrini cavan saxlayır, pomidor və qarpız isə infarkt riskini xeyli azaldır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!