Bağırsaqlar üçün ən faydalı 5 məhsul

Bağırsaqlar üçün ən faydalı 5 məhsul
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 7
İnsanın ümumi sağlamlığında bağırsaqların sağlamlığı böyük rol oynayır.

Bağırsaqlarda orqanizmə daxil olan qidalı maddələrin sovrulması prosesi baş verir. Orqanizmin normal fəaliyyəti üçün ona çoxlu sayda müxtəlif maddələr lazımdır - zülallar, karbohidratlar, vitaminlər, minerallar və s. Bu maddələrin çatışmamazlığı bir çox xəstəliklərin və pozulmaların inkişafına təkan verir.

Sizə bağırsaqlar üçün ən faydalı 5 məhsul təqdim edirik:

- Buğda kəpəyi. Bağırsaqları təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır.

- Çuğundur. Bu tərəvəz bağırsaqlar üçün ən faydalı sayılır. Bərk qidalı liflərlə zəngin olan çuğundur bağırsaqları təmizləyır, disbakteriozu müalicə etməyə kömək edir.

- Qoz. Yeni elmi araşdırmalar göstərib ki, qoz düz bağırsağın xərçəng xəstəliyinin riskini azaldır.

- Kefir. Bu məhsul bağırsaqlarda çürümə prosesləri azaldır, mikrofloranın bərpasına kömək edir.

- Bal. Güclü iltihab və mikrob əleyhinə, yarasağaldan təsirə malik olan bal bağırsaqların selikli qişasına müsbət təsir edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!