Ömrü uzadan, ürəyi qoruyan mineral

Ömrü uzadan, ürəyi qoruyan mineral
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 22
Orqanizmin normal fəaliyyəti üçün ona vitaminlərdən əlavə bir çox minerallar da lazımdır. Həkimlər insan orqanizmini Mendeleyev cədvəlinə bənzədir.

Həqiqədən orada yer alan maddələrin, demək olar əksəriyyəti bizim orqanizmdə də var. Mikroskopik miqdarda orqanizmdə olan bu maddələr insan sağlamlığında olduqca böyük rol oynayır. Belə ki, qalxanvari vəzinin normal fəaliyyəti üçün yod, sümüklərin möhkəmliyi üçün kalsium və fosfor, ürəyin sağlamlığı üçün kalium və maqnezium, qanın normal tərkibi üçün dəmir, kişi sağlamlığı üçün sink lazımdır və s.

Maqnezium orqanizmin normal fəaliyyəti və sağlamlığı üçün ən vacib olan minerallardan biridir.

Eksperimentlər göstərib ki, maqneziumla zəngin olan pəhriz siçanların ömrünü xeyli uzatmağa kömək edir.

Maqnezium sinin sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir. Həkimlər depressiyaları, nevroloji pozulmaları məhz maqneziumun defisiti ilə əlaqələndirir. Maqnezium çatışmamazlığı əsəbilik, yorğunluq, yuxu pozulmaları, baş ağrıları kimi simptomlarla özünü büruzə verir.

Maqnezium ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir. Maqneziumun çatışmamazlığı zamanı ürəyin ritminin pozulması (aritmiya), nəbzin tezləşməsi kimi simptomlar meydana çıxır. İnsan hiss edir ki, ürəyi gah tez-tez, gah da asta-asta vurur, az qala dayanır.

Maqneziumun çatışmamazlığı sümüklərə də mənfi təsir edir. Məsələ burasındadır ki, maqnezium sümüklərin elastikliyini təmin edir və orqanizmdə kalsiumun saxlanılmasına kömək edir. Maqneziumun çatışmamazlığı osteoparozun inkişafına səbəb ola bilər.

Maqneziumun çatışmamazlığı dərimizin və saçlarımızın vəziyyətinə də çox mənfi təsir edir.

Maqnezium bağırsaqların normal fəaliyyəti üçün də çox vacibdir. Bu mineralın çatışmamazlığı qəbizliyə səbəb ola bilər.

Hamiləlik zamanı bu mineralın çatışmamazlığı uşaqda üz sümüklərinin qüsurlarına səbəb ola bilər.

Maqneziumun mənbələri arasında:
- balıq
- dəniz yosunları
- buğda kəpəyi
- balqabaq tumu
- küncüt
- badam, qoz, araxis
- göyərti (ispanaq, göy soğan, rukkola, kahı)
- brokkoli kələmi
- lobya, noxud
- xurma
- banan
- giləmeyvələr
- tünd şokolad

Nəzərə almaq lazımdır ki, müxtəlif qidalara (limonad, konfet və s.) daxil olunan qidalı boyaq maddələri orqanizmdə maqneziumun defisitini artırır. Həmçinin xroniki stress zamanı da orqanizmdə bu mineralın miqdarı azalır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!