Kədərlisiz, çox yeyirsiz, xoşbəxt deyilsiz?

Kədərlisiz, çox yeyirsiz, xoşbəxt deyilsiz?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 26
İş və şəxsi həyatlarında xoşbəxt olmayan bir çox qadın kökəlməyə meyilli olurlar. Qısa ya uzun müddət davam edən depressiya nəticəsində qadınlar soyuducunun qarşısında yatar hala gəlirlər.

Qadınlar xoşbəxt hiss etməyəndə daha çox karbohidrat və şirniyyat yeməyə çalışırlar. Təbii ki bu da kökəlməyə və göbəyin çıxmasına səbəb olur. Qadın kökəldikcə daha çox üzgün hiss etməyə başlayır. Qadın üzgün olduqca yemək yeyir, yedikcə də daha da üzgün olur.

Dietoloqların fikrincə qadınlarda çox yeməyə səbəb sadəcə psixoloji üzüntü deyil. Bəzən də diqqətdən yayınan qidalanma problemi də qadının üzgün hiss etməsinə səbəb ola bilər.

Halbuki həm sağlam qidalanmaq həm də xoşbəxt olmaq mümkündür. Qidaların əhvalımıza təsir etdiyi çoxdan bəllidir. Əgər doğru qidaları doğru bir zamanda yesək kilo almadan da xoşbəxt ola bilərik.

Qadınlar.Biz qadınlar üçün yeyərək xoşbəxt olmağın qaydalarını təqdim edir.

Əhvalımıza və yaxşı hiss etməyimizə ciddi təsir edən səbəblərdən biri gündəlik aldığımız kalorinin proteindən qarşılanan qismidir. Əgər sadəcə proteinli qidalar yeyir və gün ərzində heç karbohidrat qəbul etmirsinizsə, daha kədərli və əsəbi hiss etməniz mümkündür. Hətta araşdırmalar da sadəcə proteinlə qidalanan insanların xoşbəxt hiss etmədiyini və əsəbi olduqlarını ortaya qoyub.

Sevdiyimiz qidaların bizi xoşbəxt etdiyini bilmək üçün hər hansı bir elmi araşdırmaya ehtiyac yoxdur.

Ancaq sadəcə sevdiyiniz yeməkləri yemək deyil, qoxulamaq da xoşbəxt hiss etdirə bilər. Məsələn çay və ya qəhvə. İnsanların kədərli hiss etdiklərində yeyərkən xoşbəxt hiss etdikləri yeməklərə yönəldiyi bilinir və bu baxımdan insanlar özünü tanımalıdır.

Yetərsiz qidalanma nəticəsində ortaya çıxan vitamin və mineral çatışmazlığı ilə bağlı da daha da üzgün hiss edə bilərsiniz.

Həm də bəzi vitamin və mineral əskikliyi şirniyyata olan ehtiyacı daha da artırır.

Bütün qadınlar üçün bunların başında dəmir mineralı gəlir. Dəmir çatışmazlığı qadınlar arasında çox sıx yaşanan bir haldır. Dəmir çatışmazlığı da qadının şirniyyata olan ehtiyacını artırır. Həm də daha üzgün, halsız və depressif hiss etdirir. Uzun davam edən depressiyalarda dəmir ilə bağlı qan analizlərinin verilməsi və müalicə almaq məsləhətdir. Dəmirlə zəngin olan qidalar qırımızı ət, toyuq, balıqdır.

B qrup vitaminlərindən biri olan tiaminin əskikliyi də insanı depressif hala salır. Bu insanlarda hətta özüngüvən problemi də yaşana bilər. Tiaminlə zəngin qidalar sırasına isə taxıl məhsulları, kartof, maya və yumurta daxildir.

Omega 3 yağ turşuları sadəcə ürək sağlığını qorumur, eyni zamanda da özümüzü yaxşı hiss etməyə yardımçı olur. Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, Omega 3-ün yetərsiz qəbulu depressiya və narahatlığa səbəb olur.

Omega 3 və Omega 6-nı eyni səviyyədə qəbul edin. Əgər həftədə ən az 2 gün balıq yemirsinizsə, qidalanmanıza bol fındıq, badam kimi çərəzlər və pərpətöyün əlavə edin.

Kefsiz qadını xoşbəxt hiss etdirəcək 5 sağlıq tövsiyəsi

- Karbohidratsız gününüz keçməsin. Gündəlik qida rasionunda karbohidrat tərkibli tam taxıl məhsulları, makaron, bulğur, meyvə, quru meyvələr yeyin. Əgər 3 saatda bir az-az karbohidrat qəbul edərsinizsə, xoşbəxtik hormonu seratonin daha çox ifraz olunar.

- Bir qab ispanaq və ya yaşıl tərəvəz yeyin. Fol turşusunun yetərsiz qəbulu depressiyaya yol açır. Tünd yaşıl yarpaqlı tərəvəzlər yaxşı fol turşusu qaynağıdır.

- Qidalanmanızda seleniuma yer ayırın. Selenium yetərsizliyi də depressiyaya səbəb ola bilər. Ən zəngin qaynaqları isə ət, toyuq, balıq, göbələk, soğan, sarımsaq və tam taxıl məhsuldur.

- Seratonin ifrazı üçün sadəcə şokolad yemək yetmir. İdman da edin.

- Yaxşı yatın. Gündə 5 saatdan az yatanların iştahası da çox olur və 8 saat yatanlardan təxminən 300 kalori daha çox alırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!