Canını seven bunları yesin – Qidaların sirri

Canını seven bunları yesin – Qidaların sirri
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 25
Həddindən artıq isti günlər bir çox sağlamlıq problemini də özü ilə gətirir. Buna görə də yayın isti günlərində yaşanan problemlərə qarşı qidaların gücündən faydalanmaq lazımdır. Aile.lent.az üz dərinizə uyğun olaraq yayda yeməyiniz məsləhət görülən qidalarla sizi tanış edir.

Quru dərilər - Zülal və A vitamini
Dərisi quru olanlar zülal və A vitamini ehtiva edən qidalara üstün versinlər. Günəş şüaları, duzlu dəniz suyu, xlorlu hovuz suyu dərinizin daha asan qurumasına gətirib çıxarır. Günəş yanıqları və böcək dişləməsi də dərinizin zədələnməsinə səbəb ola bilər. Bu kimi hallar üçün dəri sağlamlığını qoruyan antioksidan və C vitamini tərkibi zəngin olan moruq, qara qarağat və çiyələk kimi yay meyvələri, xüsusilə dəri problemlərinizin öhdəsindən gəlməyə köməkçi olar.

Ət, toyuq, balıq, quru paxlalılar və süd, pendir kimi zülal və A vitamini ehtiva edən qidaları yesəniz dərimizin zədəli toxumasının yaxşılaşmasını sürətləndirər. Dəri quruluğu üçün sağlam, kifayət qədər qidalanma və bol miqdarda su içməyiniz problemin aradan qaldırılması üçün çox əhəmiyyətlidir.

Uçuğa qarşı qidalar
Günəşə məruz qalmaq uçuq çıxmasına səbəb ola bilər. Bunun üçün günəş qoruyucu krem ​​istifadə edilməlidir. B vitaminlərindən və riboflavinlə zəngin olan tam taxıllı qidalar ilə ət, balıq, yumurta, quru paxlalılar və quru çərəzlər yeməlisiniz.

Zədələnmiş saçların dərmanı
Günəş şüaları, duzlu və ya xlorlu su saçlarımızın zəifləməsini sürətləndirir. Ət, toyuq, balıq, quru paxlalılar və süd, pendir kimi zülal ehtiva edən qidalar saçın keratin quruluşunu gücləndirir. B5 vitamini (qatıq və avokado), B8 vitamini (ciyər və yumurta), fol turşusu (tam taxıllar və quru paxlalılar), kalsium (süd və qatıq) və sink (ət və balıq) ehtiva edən qidalar saç tökülmələrini azaldıb, saçların yenilənməsini və parlamasını təmin edər. Bu qida elementləri dəri sağlamlığı üçün də faydalıdır.

Üzərkən və ya çimərlikdə voleybol oynayarkən başınıza gələ biləcək problemlərdən biri də əzələ spazmıdır. Bu xoşgəlməz hal həddindən artıq yüklənmə və su itkisi səbəbindən meydana gələ bilər. Kifayət qədər su qəbul etməyən bədən sistemimizin elektrolit tarazlığı pozulur və damar tutulmaları başlayır. Bu vəziyyətə məruz qalmamaq üçün bol su içmək, lazım olsa təbii mineral su və idman içkiləri içmək lazımdır. Bununla yanaşı, kalium tərkibi yüksək olan şaftalı, ərik, banan, üzüm, qovun, qarpız, ərik, kartof, lobya, göbələk və ispanaq kimi qidaları yeməyiniz faydalı olacaq.

Göbələk
Göbələk infeksiyalarını yaxşılaşdırmaq üçün qatıq və kefirə üstünlük verin. Yay aylarında suya daha çox ehtiyacımız olduğu üçün göbələklərin törəməsinə də mühit yaratmış oluruq. Bu kimi göbələklərin yol açdığı infeksiyalar üçün şəkər və şəkərli qidaları azaltmaq, hətta mümkündürsə, bir müddət imtina etmək lazımdır. Şirin və şəkər ehtiyacımızı təzə mövsüm meyvələri ilə təmin etməliyik. İnfeksiyasının qarşısını almaq üçün isə təbii probiotik tərkibi yüksək olan ayran, qatıq, kefir kimi qidalardan da dəstək almalısınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!