Nə yeyək ki, kökəlməyək, sağlam olaq və çox yaşayaq?

Nə yeyək ki, kökəlməyək, sağlam olaq və çox yaşayaq?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 16
Alimlər bu suallara daim cavablar axtarır. Son araşdırmalar göstərib ki, sağlam və uzun həyat bir neçə amildən asılıdır: irsiyyət, ekologiya və ən əsası qidalanma.

Müşahidələr göstərib ki, dünyada ən çox yaşayan İtaliyanın Kalabriya vilayətinin, Yaponiyanın Okinava adasının sakinlərinin, Qafqaz uzunömürlülərinin qidalanma prinsipləri təxminən eynidir.

Bu prinsiplər hansılardır?
Daha az ət

Uzunömürlülərin qidalanmasında bu məhsul olduqca azdır.
Son elmi araşdırmalar göstərib ki, ətin və xüsusilə də kolbasa-sosis məmulatlarının çoxlu miqdarda qəbulu ürək-damar və xərçəng xəstəliklərinin riskini artırır. Bu xəstəliklər isə bütün dünyada əsas ölüm səbəblərindən biridir.

Daha az kalori
Müşahidələr göstərib ki, uzunömürlülər çoxluq təşkil edən regionlarda insanlar daha az qida qəbul edir.
Sübut olunub ki, qəbul etdiyimiz kalorilərin 20-30% azalması şəkərli diabet və xərçəng xəstəliklərinin riski 50%-ə qədər azaldır.
Alimlərin fikrinə görə, müasir insan ona lazım olandan daha çox yeyir. Biz daha az hərəkət edirik, isti evlərdə yaşayırıq, isti paltarlar geyinirik. Bu isə bizə daha az kalori sərf etməyə imkan verir.
Alimlərin fikrinə görə, qadın gün ərzində ən çox 2200 kkal, kişi 2500 kkal qəbul etməlidir. Bundan çox qəbul etdiyimiz kalorilər artıq piyə çevrilərək orqanizmdə yığılır və müxtəlif xəstəliklərin inkişafına təkan verir.

Daha az duz və şəkər
Duzun və şəkərin artıqlığı qaraciyərə, ürəyə, damarlara, immun sisteminə çox mənfi təsir edir.
Gün ərzində böyüklər 5 qr (1 ç.q.) duz və 25 qr şəkərdən artıq qəbul etməməlidir.

Daha çox meyvə və tərəvəzlər
Çoxsaylı elmi araşdırmalar sübut edib ki, qidalanmada meyvə və tərəvəzlərin çox olması bir çox xroniki xəstəliklərin riskini azaldır. Bunun səbəbi bu məhsullarda vitamin, mineral, antioksidant, flavonoidlər və s. kimi qocalmanı ləngidən maddələrin çox olmasıdır.
Ümumdünya Səhiyyə Təşkilatı hər gün 400 qr meyvə və tərəvəz qəbul etməyi tövsiyə edirlər (məsələn, gün ərzində 1 orta boşqab tərəvəz salatı + 1 alma + 1 kasa giləmeyvə).

Daha çeşidli qidalanma
Alimlər qidalanmanı daha çeşidli etməyi tövsiyə edir. Qidalanmada müxtəlif məhsullar olmalıdır ki, insan orqanizmi hər məhsuldan ona lazım olan faydalı maddələri ala bilsin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!