Payızda düzgün qidalanın

Payızda düzgün qidalanın
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 18
Payız fəslində insanlar, hava dəyişməsindən depressiyaya girmə ehtimalları yüksəldiyindən, xəmirli qidalara və tez bazar deyə təbir etdiyimiz sağlam olmayan bəslənməyə daha meylli olmaqdadırlar. Bu nöqtədə depressiyanın önünə keçə bilməmiz üçün B vitamini qrupu qidaları qəbul etməmiz lazımdır. Bu qrupun içərisində tam taxıllı məhsullar, ət və süd məhsulları, tərəvəz və meyvələr iştirak etməkdədir.

İmmunitet sistemimizi hansı qidalarla gücləndirərək bədən müqavimətimizi artıra bilərik?

A vitamini baxımından zəngin olan ərik, yumurta, qaraciyər və yaşıl yarpaqlı tərəvəzləri qəbul etməklə işə başlaya bilərik. Məsələn: qaraciyəri 14 gündən bir qəbul edə bilərik. C vitamini, cəfəri, quşburnu, limon, çiyələk, yaşıl bibər, gül kələm, karalahana, brokoli və s. tərəvəz və meyvələrdə var. E vitaminini də ümumiyyətlə bitki mənşəli yağlardan, soya yağından və yağlı toxumlardan ala bilərik.

Ümumiyyətlə qırmızı və yaşıl rəngli tərəvəz və meyvələr, məsələn: pomidor, brokoli, yaşıl bibər, qırmızı bibər, alma, limon, portağal və bütün yaşıl yarpaqlı tərəvəzlər. Bunları qəbul etdiyimiz təqdirdə "Heç qrip olmarıq? desəniz, əlbəttə ki, tutula bilərik amma heç olmasa çox yüngül bir şəkildə sovuşdurmamız mümkün olar. Ayrıca kafi dərəcədə (15-20 dəqiqə) günəş işığında qalsaq D vitamini almış olarıq. Müəyyən nisbətlərdə süd, qatıq qəbul etməmiz lazımdır ki, sümüklərimiz güclənə bilsin.

3 gün kafi olar. Onsuz da/zatən 3-5 gündəlik tətbiqdən sonra bədən toksinlərdən təmizləndiyi üçün, təkrar normal qidaya keçdiyinizdə çoxluqlarınızdan 1-2 kilo qədər getmiş olacaq. Detoks halsızlığa gətirib çıxardığı üçün ən çox 5 gün tətbiq edə bilərik. Detoks ilə birlikdə normal tempin bir az üzərində, yarım saatlıq bir məşq də faydalı olacaq. Balanslı bir şəkildə bəsləndiyimizdə, məşq və bolca su istehlakı da onsuz da bizi sağlam qidalanmaya doğru itələmiş olur. Detoksunuzu edərkən bir məhsula yönəlməkdənsə, bezməmək və uzun vədəli davam etdirə bilmək üçün dəyişik məhsullara yönəlib yelpiyinizi daha geniş tuta bilərsiniz. Məsələn: hər gün yaşıl çay içməkdə israr etsəniz qısa müddət içərisində bezginlik verə bilər, amma bir gün yaşıl çay, bir gün mata çayı, bir gün zəncəfil çayı şəklində iqamə etməniz daha yerində olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!