Sağlam formada necə kilo ala bilərik?

Sağlam formada necə kilo ala bilərik?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 19
- Gün içində fürsət tapdıqca nəsə yeyin.

- Ümumiyyətlə yüksək kalori ehtiva edən qidaları qəbul edin.

-Yağdakı kalori digər bütün yeməkdəkilərdən daha çoxdur: 1 çay qaşığı yağ 45 kalori ehtiva edər. Pəhrizinizə bitki mənşəli yağlar (kanola yağı, zeytun yağı və yerfıstığı yağı), yumşaq marqarini, fıstıq əzməsini (yemədən əvvəl qarışdırılması lazım olan növünü seçin) əlavə edin. Belə yağlar kalori almağa imkan verər.

Bütün yağ növləri eyni səviyyədə yağ içərmələrinə baxmayaraq doymuş yağlar xolesterolunuzu artırar və digər zərərli qan yağlarınızı yüksəldirlər. Yüksək doymuş yağ nisbətinə sahib qidalar bunlardır: gündəlik süd məhsullarının hamısı, toyuq dərisi, sosiska, xama, kərə yağı, yağlı ət və müxtəlif işlənmiş qəlyanaltı yeməklər.

Yüksək kalorili bir pəhriz tətbiq etmək istəsəz bunu - tam taxıllar, meyvə və tərəvəzlər kimi işlənməmiş karbohidratlarla və yağsız süd, dərisi ayırd edilmiş ev heyvanı əti, balıq,lobya, yağsız bifşteks kimi yağsız zülal məhsullarıyla dəstəkləyərək sıx hala gətirə bilərsiniz.

Kilo almağı sürətləndirən formula:
150 qr. qoz içi,
200 qr. xurma,
200 qr. ərik,
200 qr. əncir,
20 qr. kətan toxumu
1 portağalın qabığı (rəndələnmiş qaydada),
50 qr. duzsuz kərə yağı,
2 ədəd hil,
2 qr. zirə tozu,
50 qr. fısdıq içi (duzsuz),
1 kilo bal

Hazırlanması:
Əvvəl xurmaları axşamdan isladırıq və çəyirdəklərini çıxardırıq. Ərik, əncir və xurmanı blenderdən keçiririk. Sonra bütün ərzaqlarımızı qarışdırırıq. Bu qarışımdan səhər-axşam 1 çay qaşığı yemək lazımlıdır. Daimi istifadə etsəniz kilo almanıza kömək edə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!