Hər bir qadın gün ərzində vitamin qəbul etməlidir

Hər bir qadın gün ərzində vitamin qəbul etməlidir
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 35
A vitamini
Sümükləri, dişləri, zəif toxumaları, dərini və selikli qişanı gücləndirir. Eyni zamanda antioksidan qaynağıdır. Xroniki xəstəlik riskini azaldır, gözlərə yaxşı təsir edir, yaşlanma təsirlərini azaldır və immunitet sistemini gücləndirir.
Kök, balqabaq, qaysı, pomidor, qarpız, brokoli, gül kələmi, şaftalı, qırmızı bibər, ispanaq, yumurta, süd, yemiş və ciyər A vitamini tərkibli qidalardan bəziləridir.

B2 vitamini
Enerji verir, immunitet sistemini gücləndirir, stresi azaldır, metabolizmanı işlədir. Bunlarla birlikdə boğaz ağrılarına, ağız yaralarına, saç quruluğuna, qırışıq və qaşınmalara yaxşı təsir edir. İçalat, süd məhsulları, yarpaqlı tərəvəzlər, yumurta, soya lobyası, badam, fındıq, göbələk, taxıllar B2 baxımından zəngindir.

B6 vitamini
İmmunitet sistemi üçün vacibdir. Hormon istehsalına, beyindəki kimyəvi maddələrə və bu silsilədən depressiya, ürək xəstəlikləri və yaddaş itkisinə kömək edir. Eyni zamanda qan şəkərini nizama salır, hamilə qadınlarda ürək bulanmalarına yaxşı təsir edir. B6 vitamini çatışmazlığı anemiyaya səbəb olur.
Taxıllar, avokado, banan, ət, lobya, balıq, yulaf, fındıq, çəyirdəkli və quru meyvələr B6 vitamini tərkiblidir.

B7 vitamini
Botik kimi də tanınan B7 vitamini hüceyrələrin təzələnməsi və yağ-turşu sintezi üçün vacib əhəmiyyət kəsb edir. Tər vəzləri, saçlar və dəriyə yaxşı təsir edir. Saçların uzanmasına kömək edir, dırnaqları qidalandırır. Sümük inkişafı və sümük iliyi üçün vacibdir, xolesterol səviyyəsini nizamlayır.
B7 vitamini balıq, kartof, badam, kök, banan, yemiş, sarı meyvələr, yaşıl yarpaqlı tərəvəzlər, mərcimək, bulqur, bibər, yumurta sarısı, soya lobyası, yulaf, süd məhsulları və fındıqda var.

B9 vitamini
Fol turşusu da deyilən B9 vitamini infakt, yüksək qan təzyiqi, depressiya, xərçəng və yaddaş itkisinə yaxşı təsir edir. Beyin sağlamlığı, hüceyrə fəaliyyəti, hamiləlik zamanı dölün inkişafını artırır. Tünd yaşıl yarpaqlı tərəvəzlər, portağal suyu, qarpız, yemiş, çiyələk, paxlalılar, lobya və yumurta B9 vitamini tərkiblidir.

B12 vitamini
Metabolizma, hüceyrə parçalanması və protein sintezi üçün vacib olan B12 vitamini ürək xəstəlikləri, yaddaş itkisi və anemiyanın qarşısını almağa kömək edir. Bundan başqa, depressiya müalicəsi, sağlam sinir sistemi və beyin funksiyalarını inkişafı üçün vacibdir.
Süd məhsulları, yumurta, balıq, ət və səhər yeməyində olan taxıllı qidalar B12 tərkibli əsas qidalardır.

C vitamini
Yaxşılaşmağı sürətləndirən, hüceyrə yenilənməsini təmin edən və bəzi xərçəng, ürək və toxuma zədələnməsi xəstəlikləri riskini azaldan C vitamini, eyni zamanda qırmızı qan hüceyrələrinin yaranmasında mühüm rol oynayır.
Brokoli, qreypfrut, kivi, portağal, bibər, pomidor, çiyələk, brüssel kələmi və kartofda C vitamini var.

D vitamini
Kalsium qəbuluna kömək edərək sümüklərin güclənməsini təmin edir. Toxuma sərtliyi, oynaq iltihabı və bir çox xərçəng növü riskini azaldır. Menstruasiyadan əvvəl simptomları yumşaldır və bu prosesi rahat keçirməyə kömək olur. Buna görə də gün ərzində günəş şüası almaq vacibdir. Bu da sizi D vitamini ilə təmin edəcək. Açıq dərili insanlar üçün 10-15 dəqiqə günəşdə durmaq kifayətdir. Yağlı balıq, süd, ciyər və yumurtadan D vitamini ala bilərsiniz.

E vitamini
Yaşlanmağa qarşı tərkibi ilə hüceyrələrlə mübarizə edir, bədəndə yaşla bağlı dəyişiklikləri yavaşladır. Ürək xəstəlikləri, katarakta, yaddaş itkisi və bəzi xərçəng növlərinin qarşısını alır. Dəri və saç üçün də vacibdir.
Buğda toxumu, fındıq, badam, ispanaq, marqarin, qarğıdalı yağı, paxlalılar və çəyirdəkdə E vitamini var.

K vitamini
Sümükləri gücləndirir, qanın laxtalanmasının qarşısını alır və ürək xəstəlikləri riskini azaldır. İmmunitet sistemi və enerji üçün lazımlıdır.
Bütün taxıllı qidalar, yaşıl yarpaqlı tərəvəzlər, lobya və paxlalılar K vitamini olan əsas qidalardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!