Turpun bədənə faydası haqqında

Turpun bədənə faydası haqqında
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 11
Turp dəmir qaynağı olan tərəvəz dərini gözəlləşdirir, immuniteti gücləndirir. Ondan adətən salatlarda və ya sadəcə yeməyin yanında istifadə etmək mümkündür. Təzə turp xüsusilə C vitamini ilə zəngindir və kalsium mənbəyidir. Turp diş, diş əti, sinir, saç və dırnaqlar üçün olduqca faydalıdır. Bundan əlavə turp iştahanı açır, sinirləri sakitləşdirir və stressi azaldır, tənəffüs yollarına faydalıdır. Həzmi asanlaşdırır, soyuqdəymə və qrip xəstəliklərində burun axmasının qarşısını alır.
Turpdan böyrək xəstəliklərindən əziyyət çəkənlər də istifadə edə bilərlər. Çünki bu tərəvəz böyrək daşlarında olan problemlərə də xeyirlidir. Artıq çəki və vərəm xəstəliyi ilə mübarizədə ondan istifadə tövsiyə edilir. Orqanizm turpun həzminə çox vaxt itirir və çoxlu enerji sərf edir.
C vitamini baxımından zəngin olan turp böyrək daşlarından, köklükdən əziyyət çəkənlərə təklif edilir.
Tabloid.az turpun daha nələrə yaxşı təsir etdiyini bu cür sıralayıb:
Turpun faydaları nələrdir?
Şəkər xəstələrinə faydalıdır. Diabet xəstələrinə xiyarın yanında qırmızı turp istehlak etmək məsləhət görülür.
Ən güclü antioksidantlardan olan A və C vitamini ehtiva edərək ürək problemlərinə qarşı təbii dərman vəzifəsini yerinə yetirir.
Diş, diş əti, sinir, saç və dırnaqlar üçün olduqca faydalıdır.
Soyuqdəymə və qrip kimi xəstəliklərdə burunun axmasını mane olur.
Böyrək daşlarına, mədə pozğunluğu və artıq çəkidən əziyyət çəkənlərə təklif edilir.
Astma və bronxit kimi tənəffüs yolu xəstəliklərinə yaxşı təsir edir.
Öskürəyi kəsir. Sidikqovucudur və qəbizliyin qarşısını alır.
Qaraciyəri qüvvətləndirir və şişi azaldır.
Vərəm xəstələrinə tövsiyə edilir.
Həzmi asanlaşdırır.
Sinir və stressi azaldır.
Revmatizma üçün faydalıdır.
Sarılığa qarşı da faydalıdır.
Mikrob öldürücüdür.
Sızanaq və ekzema xəstəliyinə də yardım edir.
Bal və sirkə şərbəti ilə qarışdırılıb qarqara edilərsə, nəfəs darlığına yaxşı gəlir.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!