Kompotları menyudan çıxarmayın

Kompotları menyudan çıxarmayın
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 35
Alma kompotu
Alma kompotu tüpürcək ifrazına səbəb olur və həzm prosesinə rahatlaşdırır. Bundan başqa bağırsaq, ürək, böyrək xəstəliklərinə və yüksək qan təzyiqinə effektiv təsir edir.

Armud kompotu
Mədə xətləlikləri zamanı xeyirlidir. Həmçinin ürək, böyrək, qaraciyər, mədəaltı vəz, ciddi əsəb pozuntuları zamanı, infeksion xəstəliklərdə, anemiya və vərəmdə istifadə olunur.

Şaftalı kompotu
İştahı aradan qaldırır və həzmi normallaşdırır. Qaraciyərin işini yaxşılaşdırır, anemiyanın qarşısını alır və vərəm xəstələrinə də ciddi tövsiyə olunur.

Ərik kompotu
Əgər ürəyinizdən şikayət edirsinizsə, böyrək və qaraciyəriniz sizi narahat edirsə, o zaman çoxlu ərik kompotu qəbul edin. Mədə-bağırsaq xəstəlikləri olanlara isə o qədər də tövsiyə olunmur.

Albalı kompotu
Mədə-bağırsaq xəstəlikləri zamanı yaxşı təsir göstərir.

Çiyələk kompotu

Tərkibi vitamin C və pektinlə zəngindir. O, xoşagələn ətirə malikdir və pəhrizlər zamanı da istifadə olunur. Demək olar ki, hər növ xəstəliklərdə istifadə olunur.

Qarağat kompotu
Çox faydalı kompotlardan biridir. Hətta nar kompotundan daha tez qanda hemoqlobinin səviyyəsin qaldırır. Tərkibindəki pektin maddəsi orqanizimdən duzları və şlakları təmizləyir. Tərkibindəki kalsium və dəmir qan yaradan orqanlarının işini yaxşılaşdırır və ürəyə qüvvət verir.

Heyva kompotu
Tərkibində tanin və pektin maddəsi var. İltihab əleyhinə və büzücü təsir göstərir. Bağırsaq xəstəlikləri zamanı faydalıdır. Vərəm və anemiyalı xəstələrə tövsiyə olunur.

Gavalı kompotu
Mədənin işini asanlaşdıran və stabilləşdirən maddələrlə zəngindir. Tərkibindək yüksək dərəcədə karbohidrat olduğundan böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkənlər üçün çox faydalıdır. Ateroskleroz, anemiya, revmatizm, podaqra, ürək xəstəliklərinə effektiv təsir göstərir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!