Kilo almaq üçün pəhriz

Kilo almaq üçün pəhriz
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 25
Əvvəlcə, onu deyək ki, irsən arıq və az çəkili olmaq sağlamlıq üçün problem yaratmır. Yox, əgər sizin qohumlarınızda çəkisi normal və kök insanlar varsa, deməli, siz də müəyyən qədər çəki yığa bilərsiniz. Yəqin ki, sizin gündəlik rejiminiz düzgün qurulmayıb. Yaxud da sizin çox yeməklə aranız yoxdur. Ümid edirik ki, pəhrizdəki ərzaqları alıb, göstərilən ardıcıllıqla istifadə etsəniz, arzuladığınız çəkiyə nail olacaqsınız.

Unutmayın:
Səhər: 1 stəkan təzə meyvə şirəsi, manna sıyığı, 1 stəkan süddə həll olunmuş bal, sürtgəcdən keçirilmiş alma ilə qozun qarışığı, üzərinə yağ çəkilmiş çörək, 2 fincan kakao.

Günorta: 1 boşqab qatı bulyon, şorba (makaron, düyü, kartofla ola bilər), tərəvəz salatı (yağlı və ya mayonezli), 250 qr. qızardılmış mal və ya toyuq əti, şirin kofe.

Axşam: süddə bişmiş düyü (böyük boşqabda), 2 dilim çörək, təzə meyvələrdən salat.

Yatmazdan əvvəl: 1 stəkan süd və alma.

Mütəmadi olaraq bu pəhrizi təkrarlayın.

Ümumiyyətlə hər gün qida rejiminizdə aşağıdakı ərzaqları olmasına çalışın. Çünki bu ərzaqlar çəkini kifayət qədər artırır.


Süd məhsulları - süd - 1 stəkan, pendir, kəsmik 35 qr., qoz, fındıq - 1 stəkan,
Ət - balıq - quş əti 125 qr.,
Yumurta 3 ədəd
Tərəvəz - salat - 125 qr.
Göyərti - 200 qr.
Meyvə - şirə 2 stəkan, təzə meyvələrdən salat 125 qr.
Çörək - hər dəfə 2 dilim
Qarabaşaq - 125 qr.
Bişmiş düyü, makaron 125 qr.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!