Hər gün 1 bişmiş yumurta yemək üçün 7 SƏBƏB

Hər gün 1 bişmiş yumurta yemək üçün 7 SƏBƏB
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 68
Yumurta yeganə məhsuldur ki, orqanizm tərəfindən, demək olar, tam şəkildə (97-98%) mənimsənilir.

Yumurta insan sağlamlığı üçün bir çox faydalı xüsusiyyətlərə malikdir. Bu çox faydalı diyetik məhsuldur.

Hər gün 1 bişmiş yumurta yemək üçün 7 SƏBƏB

Sizə hər gün 1 bişmiş yumurta yemək üçün 7 səbəb təqdim edirik:
1. Yumurta insanın inkişafı və normal fəaliyyəti üçün çox vacib olan zülallarla zəngindir.

2. Yumurta D vitamini ilə zəngindir. Bu vitamin sümüklərin sağlamlığını qoruyur. Həmçinin D vitamini immun sistemi üçün olduqca vacibdir, bəzi xərçəng növlərinin inkişafının qarşısını alır.

3. Yumurtanın sarısı lesitin maddəsi ilə zəngindir. Bu maddə beyin damarlarının sağlmlığını qoruyur, insultun qarşısını alır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, damarları xolesteroldan təmizləyir.

4. Xolin maddəsinin miqdarına görə yumurta bütün məhsullar arasında çempion sayılır. Xolin insan sağlamlığına çox müsbət təsir edir - sinir sistemi xəstəliklərinin qarşısını alır, qaraciyərin hüceyrələrinin bərpasını sürətləndirir, kişilərdə prostat vəzinin sağlamlığını qoruyur, qanda xolesterolun səviyyəsini aşağı salır, piylərin mübadiləsini normallaşdırır.

5. B qrupu vitaminləri ilə zəngin olan yumurta sinir siteminin fəaliyyətinə, dərinin, saçların vəziyyətinə çox müsbət təsir edir.

6. Yumurta arıqlamağa kömək edir. Araşdırmalar sübut edib ki, pəhriz zamanı hər gün səhər yeməyinə yeyilən 1 bişmiş yumurta arıqlamağı sürətləndirir.

7. Yumurta fol turşusu ilə zəngindir. Fol turşusu hamiləlik zamanı döldə sinir sistemi qüsurlarının inkişafının qarşısını alır. Həmçinin fol turşusu kişilərdə spermanın keyfiyyətini yaxşılaşdırır.

sağlamolun.azскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!