Metabolizmi sürətləndirən qidalar

Metabolizmi sürətləndirən qidalar
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 32
Yaşıl çay: Son illərdə aparılan araşdırmalara görə kafi və balanslı qidalanan insanlarda yaşıl çayın tərkibindəki katexin qarın bölgəsindəki yağ kütləsini azaldır və çəki idarəsində mühüm rol oynayır.

Su: Hər gün 2 litr su içmək toxluq hissi yaradır və aclıq hissini azaldır.

Darçın: Şəkər xəstəliyində qanda şəkər səviyyəsini tarazlaşdırıcı bir təsiri vardır. Gün ərzində yediyiniz meyvələrin üzərini 1 qaşıq darçın ilə bəzəyərək yeyin. Darçın toxluq və aclıq hissini nizamlayır.

Qırmızı acı bibər: Acı istiotun tərkibindəki kapsaisin maddəsinin metabolizmi sürətləndirən təsirə malik olduğu elmi araşdırmalarla sübut olunmuşdur.

Alma sirkəsi: Metabolizmi sürətləndirən təsirə malik olduğu məlumdur. Günorta və axşam yeməklərində salatlara 1 qaşıq alma sirkəsi əlavə edin.

Zəncəfil: Tərkibindəki maddələr qan dövranı və həzm sisteminə yaxşı təsir edir. Ədviyyat olaraq istifadə edilən zəncəfil, mədə və bağırsaqlarda yaranan bəzi problemləri aradan qaldırır.

Sağlamolun.azскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!