Sağaldır, qoruyur və ehtiraslandırır

Sağaldır, qoruyur və ehtiraslandırır
Xalq təbabəti
10.09.2017 49
4000 il bundan əvvəl qədim Misirdə, daha sonra isə qədim Romada məlum
olan qulançar (lat. Asparagus) Azərbaycanın bəzi bölgələrində quşqonmaz
və mərəcüyüd kimi də tanınır.
 
Qadınlar.Biz-in məlumatına görə, bu bitkinin Azərbaycanda 9 növü bitir.
Kür və Araz çaylarının ətrafında, boş və nəmli torpaqlarda geniş
yayılıb.
Avropa ölkələrində, Çin və Amerikada geniş surətdə yetişdirilir, qida və dərman bitkisi kimi istifadə edilir.
A, B1, B2, C vitaminləri, protein və minerallarla zəngindir.
 
Qulançarın kalorisi az da olsa insan orqanizmi üçün ağlagəlməz
dərəcədə xeyirlidir. Antioksidant kimi təsir edir, cinsi istəyi artırır.
Qan damarlarını gücləndirir. Qanı təmizləyir.
 
Ürək xəstəliklərində risk faktoru olan homosisteinin nəzarətinə kömək edir, ürəyi gücləndirir.
 
Hüceyrələri zədələnməkdən qoruyan güclü antioksidantdır.
(Antioksidant — orqanizmdə sərbəst radikalları məhv edən kimyəvi
maddələrdir)
 
Sümük əriməsini azaldır. Daha çox yaşlı insanlarda olan bu xəstəlik
zamanı insanların sümüyü zəifləyir, sərtliyini itirir, yeyilir.
 
Güclü sidik qovucudur. Bədəndə olan şişlərin çəkilməsində təsirlidir.
Orqanizmdə yığılan artıq suların xaric edilməsinə kömək edir. Bu yolla
qanı təmizləyir.
 
Böyrəklərin fəaliyyətini yaxşılaşdırır və böyrək daşlarının təmizlənməsinə kömək edir.
Həzmi asanlaşdırır. Qaraciyərə yaxşı təsir edir.
 
Dərini təravətləndirir, sızanaqları azaldır.
 
Zehni yorğunluğu aradan qaldırır. Sinirləri sakitləşdirir. İştah açır.
 
Yağ hüceyrələrindəki qlükozanın istehsalını artıraraq insulinin təsirini yaxşılaşdırır.
Qulançarı ən çox yağda qızardıb yumurta vurmaqla, suda bişirməklə,
yaxud da odda közləməklə yeyirlər. Daha çox yaz aylarında yeyilir.
 
Günel Muxtarlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!