Hər bitkidə bir əlac var (1)

Hər bitkidə bir əlac var (1)
Xalq təbabəti
10.09.2017 59
Adaçayı: Mədə və bağırsaq qazlarını aradan qaldırır. Ürək bulanmanı götürər. Həzim sisteminin nizamlı işləməsini təmin edər. Sinəni yumşaldar. Asma xəstələri üçün çox faydalıdır. Qan dövranını sürətləndirər. Hüceyrə yenilənməsini və dərinin elastikliyinin artmasını təmin edər,sızanaqlarınızdan da xilas ola bilərsiniz.


 

Aloe vera (Əzvay): Qədim yunanlıların gözəlləşmək üçün istifadə etdikləri bir bitkidir. Köhnəlmiş dəriləri bərpa etmək və nəmləndirmək üçün son dərəcə faydalıdır. İstidən yaranan qaşıntılara qarşı dərini qoruyur. Köhnəlmiş saçları yeniləyir və nəmləndirir.


 

Heyva: Mədə və bağırsaqları qüvvətləndirir. İncə bağırsaq iltihabını aradan qaldırır. Qanı təmizləyir.


 

Badam: Bədəni və zehini yorğunluğu aradan qaldırır. Baş ağrısı, qaraciyər və böyrək ağrılarını yüngülləşdirir.


 

Mixək: Mikrobları öldürər. Ağrıları ,əsəbləri sakitləşdirər. Həzmi asanlaşdırar. Qoxunu aradan qaldırar. İştah açar.


 

Kəklikotu: Bədəni qüvvətləndirər. Həzmi asanlaşdırar. Ürək sıxıntısını sakitləşdirər. Bağırsaq iltihablarını yaxşılaşdırır. Bağırsaq qurdlarının düşməsinə kömək edər. Qandakı şəkər miqdarını azaldar.


 

Rozmarin: Qədim zamanlarda gəncliyi geri gətirən bitki olaraq adlandırılan rozmarin, sızanaqlara yaxşı təsir edir. Dərinin elastikliyini və sıxlığını artırır. Bir litr suya, rozmarin və kəklik yağından iki qaşıq əlavə edin. Bu qarışığı dərinizi təmizləmək və yumşaltmaq üçün istifadə edin.


 

Göy noxud: Təzə və dondurulmuş olaraq istifadə edilən noxud B1, C vitaminləri, zülal, lif və folik turşusu istehsal edir.Sinir sistemində problemləri olanlara tövsiyyə edilir.


 

Şam fındığı: Bronxit, vərəm, ağciyər xəstəliklərinin sürətli yaxşılaşmasına köməkçi olar. Ruhi sarsıntını aradan qaldırar. Ürək xəstəliklərində də faydalıdır.


 

Çay: Min illərdir ki, çayın yarpaqları gözəlləşmək üçün istifadə edilir. Yağlı bir dəriniz varsa, çaydan bir tonik olaraq faydalana bilərsiniz.Gözləriniz şişlidirsə iki soyuq çay paketini göz qapaqlarınızın üstündə saxlayın.Saçlarınızın əvvəlkindən daha parlaq görünməsini istəyirsinizsə, şampundan sonra çayla durulayın. Fərqi görəcəksiniz.


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!