Təbii gül suyu necə hazırlanır?

Təbii gül suyu necə hazırlanır?
Xalq təbabəti
10.09.2017 65
Dərinizi təmizləmək üçün dəri təmizləyici vasitələrə pul verməkdənsə , bunu özünüz hazırlamağa nə deyirsiz?

Hazırlanması olduğca sadə olan gül suyu dərinizə də heç bir zərər verməyəcək.



Bəs nə üçün gül suyu istifadə etməliyik?

Gül suyu dəridəki artıq yağı təmizləyir, antibakterial təsirə malik olur..

Hər növ dərinin istifadəsinə uyğun olan gül suyu eyni zamanda dəriyə parlaqlıq verir..



Gül suyu üçün lazım olanlar:

2 ədəd gül

2 stəkan isti su

1 ədad qapaqlı şüşə qab



Hazırlanması:

Güllərin ləçəklərini tək tək qoparın, 2 stəkan qaynamış suyu şüşə qabın
içinə tökün, daha sonra ləçəkləri bu suyun içinə əlavə edin və şüşə
qabın qapağını bağlayın.. Su otaq temperaturunda soyuyana qədər qabın
qapağını açmayın, su yaxşıca soyuduğu zaman süzgəc vasitəsiylə ləçəkləri
sudan ayırın..

Hazırladığınız gül suyunu soyuducuda bir həftə boyunca saxlaya bilərsiniz..



Gül suyunu necə istifadə etməliyik?

Gül suyunu təmizlənmiş və makiyajdan silinmiş dərinizə pambıq vasitəsilə çəkə bilərsiniz..



P.S Gül suyunu istifadə
etməmişdən öncə biləyinizə bir balaca sürtün və gözləyin, dərinizdə heç
bir qızarıqlıq olmasa rahatlıqla üzünüzdə istifadə edə bilərsinizскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!