Məlum bitkilərin naməlum xassələri

Məlum bitkilərin naməlum xassələri
Xalq təbabəti
10.09.2017 119
Yemişan
Çox qədim zamanlardan xalq təbabətində bir sıra xəstəliklərdə yemişandan istifadə olunub. Onun qurudulmuş çiçəklərindən və meyvələrindən dəmlənmə şəklində (20qr-200qr) xroniki ürək ağrısı  və hipertoniya xəstəlikləri zamanı istifadə olunur.
Bundan əlavə, bu bitkinin təzə dərilmiş meyvələri ana südünü və onun keyfiyətini təzələmək məqsədi ilə işlədilir.


Ərik (qaysı)
Əriyin tərkibində çoxlu kalium vardır. Ürək-damar xəstəliklərində, hipertoniyada (qan təzyiqi yüksəldikdə) çox xeyirlidir. İnfakt keçirmiş adamlara quru qaysı yemək məsləhət görülür. Lakin gündə 150 qramdan artıq yemək olmaz.


ÜzümÜzümün tərkibində çoxlu miqdarda qulikoza, fruktoza, mineral maddələr, üzvü turşular, P vitamini vardır. Üzüm qurusunun tərkibində çoxlu miqdarda kalium vardır ki, bu da orqanizimdən sidik turşusunu xaric edərək daşların əmələ gəlməsinin qarşısını alır. Üzüm və üzüm qurusu ürək-damar sistemini, ağciyər və qaraciyər, böyrək xəstəliklərində çox   xeyirlidir. Üzümü uzun müddət yedikdə qan təzyiqini aşağı salır.  Lakin üzümü digər meyvələrlə birlikdə yemək olmaz və yaxud üzüm yiyərkən süd, kvas, mineral sular içmək olmaz! Belə ki, onların birgə qəbulu qıcqırma prosesini artırır və qarın köpür.

Meşə çiyələyi
Meşə çiyələyindən ürək-damar sisteminin xəstəliklərində, hipertoniyda, aterosklerozda, podaqrada və duz mübadiləsinin digər pozğunluqlarında istifadə olunur. Meşə çiyələyi bağırsaqların fəaliyyətini nizamlayır.


Əncir
Əncir ürək-damar sisteminin xəstəliklərində çox xeyirlidir. Süddə bişirilmiş ənciri yuxarı tənəffüs yollarının xəstəliklərində bəlğəm gətirici vasitə  kimi qəbul edirlər. Ənciri şəkər xəstələri yeyə bilməzlər.


Alma
Tərkibində çoxlu miqdarda üzvu  turşular, pektin, fitonsidlər,mineral maddələr vardır. Şəkər xəstəliklərində, kökəlməyə meyil olduqda turş alma, ürək- damar xəstəklərində, daş əmələ gəlməyə meyil olduqda şirin alma məsləhət görülür. Almadan bişirilən kompotda C vitamini olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!