Ədviyyatlar haqda nələri bilirik? (1)

Ədviyyatlar haqda nələri bilirik? (1)
Xalq təbabəti
10.09.2017 95
Əziz xanımlar, ədviyyatlar haqda bilmədiklərinizi, bir çox məlumatları sizlərlə bölüşmək istəyirik. Yeməklərdə işlədilən ədviyyatlar müəyyən qida maddələri təşkil etməklə yanaşı, xörəyin dadını, ləzzətini artırır. Həmçinin ədviyyatların müalicə- profilaktik xüsusiyyıtləri də vardır ki, belə xüsusiyyətlərinə görə onların bu və ya digər xəstəliklər zamanı yeməkdə və ayrılıqda işlənməsi həmişə həkimlərin diqqət mərkəzində olmuşdur.
MİXƏK
Orqanizmə istilik verir, quruducu xüsusiyyətə malikdir. Xörəkdə və çayda mixək ürəyi, mədəni, daxili üzvləri qüvvətləndirir, həzmi gücləndirir. Beyin üçün faydalıdır. Əhval-ruhiyyəni yaxşılaşdırır. Ağızdan gələn pis qoxunu aparır.
Mixək soyuqdəymə ilə əlaqədar olan bəlğəmli xəstəliklərdə, ürək döyüntüsü zamanı münasib hesab edilir. 1,6 q mixəyi döyəndən sonra südə qatıb bir müddət müntəzəm içmək cinsi fəaliyyəti gücləndirir. Burun tutulması və zökəm zamani əmgəyə mixək sürtmək faydalıdır.

 DARÇIN
Bədənə istilik verir və quruducu xüsusiyyətə malikdir. Sidikqovucu təsiri vardır. Təbiətən lətifdir. Orqanizmdə olan qazları özünə hopdurur. Yumşaldıcı xassəsi vardır. Əhval- ruhiyyəni yaxşılaşdırır. Darçın bədənin fiziki və mənəvi qüvvəsini saxlamağa kömək edir. Soyuqdəymə, zökəm, bəlğəmli öskürək, ürək döyüntüsü, qorxu və vasvasılıq, böyrək ağrısı, sidik ifrazının tutulması, qaraciyər xəstəlikləri hallarında profilaktika məqsədilə işlətmək münasibdir. Darçın səsi qəliz bəlğəmdən təmizləyir, nəfəs borusunda olan yapışqanlı rütubəti aparır. Ağızdan gələn pis qoxunu ləğv edir. Soyuqdəymə və sinir sistemi xəstəlikləri üçün münasib sayılır.
Darçın yağını bədənə sürtmək və masaj eləmək iflic və titrətmə zamanı faydalıdır. Ağır eşitmə zamanı arağını çəkib qulağa damcılatmaq münasibdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!