Kəklikotunun xeyirli və ziyanlı tərəfləri

Kəklikotunun xeyirli və ziyanlı tərəfləri
Xalq təbabəti
10.09.2017 99
Bu məhsul -  dadı, qoxusu və əsas olan xeyirli xüsusiyyətlərinə görə kulinariyada geniş istifadə olunur.
Tərkibinə daxil olan vitamin və fitoqidalı maddələrinəgörə ona şəfalı xüsusiyyəti çox olan bitki kimi dəyər verilir. O, kaliy, marqanes və dəmirə olan çatışmazlığı dolduraraq, hal - əhvalı yaxşılaşdırır. Həmçini tərkibində antiseptik sayılan və  göbələk əleyhi xüsusiyyətə malik olan timol efir yağı vardır.
Geniş antioksidant yığımı olduğundan,o, orqanizmi onkoloji və ürək - damar xəstəlilərindən qoruya bilir. Dəmirin zəngin mənbəyi sayıldığına görə, anemiya xəstələrinə də məsləhət görülür. Bu bitkidə olan kalinin yüksək konsentrasiyasına görə isə,o,  arterial təzyiqi normallaşdırma gücünə malikdir.
Bu ədviyyat həmçinin piridoksinin (B6 vitamini) mənbəyi sayılır. Dəri, sinir xətəlikləri və əzələ spazmlarında geniş istifadə olunur. Bu maddə həm də, nevrit, seboreyya dermotiti və qlossiti zamanı çox xeyirlidir. Sidikqovucu təsirə də malik olan bu bitki, orqanimi qocalmadan qoruyur və qıcolmaları aradan qaldırır.
Hər bir məhsulun olduğu kim, bu məhsulun da ziyanlı tərəfləri vardır. Belə ki, kəklikotunu çoxlu miqdarda qəbul etdikdə arteriyal təzyiqin qalxasına səbəb olduğuna görə hipertoniklərin bu məhsulu müəyyən miqdarda qəbul etmələri  məsləhət görülür. Digər birkilərdə olduğu kimi, kəklikotu da torpaqda olan toksik maddələri özündə topladığına görə,  ekoloji cəhətdən təmiz olmayan rayonlradan toplanan məhsul, orqanizmə ziyan vura bilər.
Həmçinin mədə yarası olan insanlar üçün kəklikotu məsləhət görülmür, belə ki, o, selikli qişanı qıcıqlandırır. Lakin prostatit və kişilərin reproduktiv funksiya problemlərinə çox yaxşı təsir göstərir. Bu hallarda bitkini dəmləyib, məhlul halında içirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!