Qara zirə haqqında

Qara zirə haqqında
Xalq təbabəti
10.09.2017 34
Qara zirə yağı əsrlər ərzində müsəlmanlar arasında çox təsirli müalicəvi vasitə kimi istifadə olunurdu.

Məhəmməd peyğəmbər (s.ə.s) qara zirə haqqında deyirdi ki, o ölümdən başqa bütün xəstəliklərin dərmanıdır.

Qara zirə yağı insanın immun sistemini stimullaşdırır və bunun nəticəsində müxtəlif xəstəliklərlə mübarizədə çox yaxşı kömək edir.

Elmi tədqiqatların nəticəsində sübut olunub ki, qara zirənin daim qəbulu qanda limfositlər və digər immun sisteminin qoruyucu hüceyrələrin səviyyəsini artırır. Bu hüceyrələr insan orqanizminə xarici mühitdən düşən müxtəlif zərərli mikroorqanizmlərlə (infeksiyalar, viruslar, parazitlər, göbələklər və s.) mübarizə aparır və bunun nəticəsində insan daha az xəstələnir.

Bundan əlavə bizim immun sistemi orqanizmdə əmələ gələn xərçəng hüceyrələrini məhv edir. Nəzərinizə çatdıraq ki, xərçəng hüceyrələri insan orqanizmində daim əmələ gəlir, və yalnız güclü immun sistemi bu hüceyrələrin çoxalmasına və nəticədə xərçəng xəstəliyinə çevrilməsinə imkan vermir. Tibbdə çoxdan sübut olunub ki, xərçəng xəstəliklərin əksəriyyəti məhz immun sistemi zəifləməsi zamanı inkişaf edir.

Qara zirənin şişəleyhinə təsiri müxtəlif elmi-tədqiqat laboratoriyaların tədqiqatları nəticəsində sübut olunub. Dünyanın müxtəlif ölkələrində onkoloqlar bu vasitəni xəstələrə profilaktik və müalicəvi məqsəd ilə təyin edirlər.

İmmun sisteminin möhkəmləndirilməsi məqsədi ilə sağlam insan profilaktik olaraq hər gün səhər və axşam 1 çay qaşığı qara zirə yağını qəbul edə bilər.

Qara zirə hipertoniya xəstəliyi zamanı arterial təzyiqinin tənzimlənməsinə kömək edir, qanda şəkərin və pis xolesterinin səviyyəsini aşağı salır.

Qara zirə yağı damarlarımızı təmizləyir, onların elastikliyini artırır və bunun nəticəsində ateroskleroz və insult kimi ağır xəstəliklərin inkişafında yaxşı profilaktik təsir edir.

Qara zirə insanın mədə-bağırsaq sisteminə də yaxşı təsir edir. Disbakteriozla mübarizədə bu ən effektli vasitələrdən biridir. Qara zirə iştahanı artırır, piyləmənin qarşısını alır, arıqlamağa kömək edir.

Müxtəlif dəri xəstəlikləri zamanı (psoriaz, ekzema) qara zirə yağının daim istifadəsi çox yaxşı müalicəvi effekt verir.

Qara zirə yağı dərini cavanlaşdırır, onu daha hamar edir, qırışları azaldır. Qara zirə yağını müxtəlif dərini cavanlaşdıran maskalara əlavə etmək olar. Bundan əlavə bu kimi sadə reseptdən istifadə edə bilərsiniz: qara zirə yağını təmiz dəriyə nazik qatla çəkin və 15-20 dəqiqədən sonra xüsusi kosmetik salfetlərlə silin.

Nəzərinizə çatdıraq ki, qara zirənin müalicəvi xüsusiyyətlərindən faydalanmaq üçün yalnız təbii qara zirə yağından istifadə edin. Hal hazırda bazarda çoxlu miqdarda ucuz saxta qara zirə yağları satılır ki, onların istifadəsi insana heç bir fayda verə bilməz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!