Bitkilər və təbabət (1)

Bitkilər və təbabət (1)
Xalq təbabəti
10.09.2017 54
Avropa gərməşovu

Azərbaycanda 5 növü yabanı halda yayılıb, 1 növü becərilir. Avropa gərməşovu tibbdə istifadə olunur. Avropa gərməşovu 2-4 metr hündürlükdə kol bitkisi olub, şaxəli köklərə malikdir. Sarıtəhər yaşıl rəngli çiçəkləri yarımçətir çiçək qrupuna aiddir. Meyvəsi dörddilimli çəhrayı qutucuqdan ibarətdir. Toxumları yumurtavari şəkillidir. Bitki may-iyun  aylarında çiçəkləyir, meyvələri sentyabr-oktyabrda yetişir.

Azərbaycanda Böyük və Kiçik Qafqazda, Talışda, Alazan-Əyriçay ovalıqlarında, meşələrdə, çayların kənarında, meşə açıqlıqlarında, kolluqlarda, bağlarda, dərə-təpəli yerlərdə yayılmışdır. Azərbaycanda bəzək bitkisi kimi bağlarda, parklarda Yaponiya gərməşovu becərilir.

Dərman məqsədilə Avropa gərməşovunun yarpaqlarından, budaqlarından, qabıq və meyvələrindən istifadə olunur. Xalq təbabətində gərməşovun budaqlarını, kök və qabıqlarını yandırmaq yolu ilə alınan qatranlı maddəni dəri xəstəliklərində (ekzemalarda, irinli yaralarda və.s) şit yağa qarışdırılıb məlhəm hazırlayaraq yara sağaldıcı kimi istifadə edirlər.



İstifadə qaydası:
Qazax rayonunda gərməşovun gövdə və budaqlarını toz halına salıb kərə yağında məlhəm hazırlayırlar və gec sağalan irinli yaraların müalicəsində işlədirlər.



Ağ akasiya


Azərbaycanda akasiyanın 3 növü becərilir, bunlardan da ağ akasiya daha geniş miqyasda yetişdirilir.

25-30 metr hündürlükdə ağac olub, qüvvətli kök sisteminə malikdir. Gövdəsinin qabığı qəhvəyi rəngdədir, yarpaqları oval və ya uzunsov yumurtavaridir, qısa saplaqlıdır. Çiçəkləri ətirlidir, ağ və ya çəhrayıdır, çiçək kasacığı zəngvaridir. Salxımvari çiçək qrupları uzun və saplaqlıdır. Meyvəsi yastı uzunsov paxladan ibarətdir. Toxumları uzunsov, qəhvəyi rənglidir, üzəri hamardır.  Aprel ayından iyun ayına kimi çiçəkləyir, meyvələri oktyabrda yetişir.

Azərbaycanda parklarda, bağlarda geniş becərilir.  Bəzən yabanı halda  Böyük Qafqazın cənub rayonlarında tək-tək də rast gəlinir.

Çiçəklərində flavon qlikozidi, robinin və ribogenin adlı boyayıcı maddə, 0,12%-ə qədər efir yağı vardır.

Ağ akasiya yarpaqlarında 20-30 %-ə qədər mq karotin və 230-370% mq askorbin turşusu, toxumlarında 12%-ə qədər piyli yağ müəyyən edilmişdir.

Xalq təbabətində akasiyanın qurudulmuş çiçəklərindən çay kimi dəmləyib, daxili qanaxmalarda qankəsici maddə kimi eləcə də soyuqdəymədə iltihabı aradan qaldırıcı və büzüşdürücü maddə kimi istifadə olunur.



İstifadə qaydası: akasiyanın çiçəklərini 1-2 həftə spirtdə (araqda) saxladıqdan sonra alınan spirtli qarışımdan revmatizmdə xaricə sürtmə dərmanı kimi istifadə olunur.

Azərbaycanda becərilən akasiya bitkilərinin elmi əsasda öyrənilməsi maraqlıdır.



Ağ küstüşam


Bitkinin qurudulmuş köklərinin tinkturası ağrıkəsici və qankəsici dərman kimi eləcə də öskürəyə qarşı istifadə edilir. Tinkturasını həmçinin podaqra, revmatizmdə və tromboflebitdə xaricə tətbiq edirlər.



İstifadə qaydası:
xırdalanmış quru köklərindən 20 qram 200 ml suda 50-60 dəqiqə dəmləyib gündə 3 dəfə, hər dəfə 1 xörək qaşığı edirlər. 5 qram qurudulmuş köklərini 50 qram zəifləndirilmiş spirtdə (araqda) 1 həftə dəmlədikdən sonra alınan məhluldan gündə 3 dəfə hər dəfə 10-15 damcı qəbul olunur. Kökünün tozundan 1:4 nisbətində kərə yağında məlhəm hazırlayıb dəri xəstəliklərində işlədirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!