Xurmanın nə kimi faydaları var

Xurmanın nə kimi faydaları var
Xalq təbabəti
10.09.2017 75
Ramazan ayı deyəndə qidalardan ilk öncə yada düşən xurma olur. Təbii ki, bu qidasız da orucluq süfrəsinin ləzzəti olmur. Məhz buna görədir ki, imsak və iftar vaxtları hər birimizin süfrəsini hökmən xurma bəzəyir.



Bəs xurmanın min dərdə dərman olduğunu bilirsinizmi? Xurma baş nahiyəmizdən başlamaqla bədənimizin bir çox orqanına gözlə görüləcək qədər təsir edir.



Məsələn beynimizin fosfora ehtiyacı var. Bu da xurmada bol miqdarda var. Mədəyə, ürəyə, gözlərə, kirpiklərə hətta dəcəl uşaqlar üçün də xeyirlidir.



Alimlər, müəllimlər, ixtiraçılar, yazarlar çox vaxt yorğunluq hiss edirlər. Xurmanın faydaları barədə FaktXəbər-ə danışan Dr.Vüqar İsmayılzadənin bildirdiyinə görə, istirahətə vaxt ayıran belə insanlar hökmən xurma yeməlidirlər. Xurmanın ən təsirli olduğu digər bir sahə isə sinir sistemimizdir. Müdhiş sakitləşdirici xüsusiyyəti var. Xurmada B1- B2 vitaminləri var. Bunlar da zehini və sinir sistemini sakitləşdirən xüsusiyyətə sahibdir.



Gözlər


Xurma gözləri qüvvətləndirir və parladar. Xurmada A vitamini olduğundan yeyənlərdə, xüsusilə gecə korluğu və digər göz zəifliyi olmaz. İkinci Dünya müharibəsində gecə hücumuna çıxan amerikalı pilotlara hədəflərini dəqiq görmələri üçün xurma verirlərmiş. Göz sinirlərini qüvvətləndirici xüsusiyyəti var. Hər şeyin artığının zərəri olduğu kimi, xurmanın da çox istehlakının gözə zərəri ola biləcəyini unutmayın.



Qulaq

Xurma qocalıqla əlaqədar yaranan qulaq uğultusu və eşitmə zəifliyi kimi narahatlıqlara da faydalıdır.



Sinə

Ən yaxşı sinə dərmanı xurmadır. Xurma bəlğəmə və nəfəs borusuna, öskürəyə çox yaxşı kömək edir.



Damarlar

Xurma qan damarlarını yumşaldar. İndiki vaxtda damar geçməzliyi deyilən xəstəliyə maneələr yaradır.

Həmçinin qanı təmizləyir və təzyiqi nizamlayır.



Xolesterol


Qəhvə və yağ qandakı xolesterolun yüksəlməsində faktordur. Ərəblər bol miqdarda qəhvə, yağ istehlak edirlər, lakin laboratoriya araşdırmalarında müəyyən olub ki, ərəblərdə bu xəstəlikdən əsər-əlamət yoxdur. Çünki qəhvə və digər yeməklərlə birlikdə mütləq xurma yeyirlər. Xurma xolesterola icazə vermir.



Böyrək və sidik kisəsi


Xurma böyrəklərin yuyunmasına kömək edir. Böyrəklərin işini qüvvətləndirər. Sidik kisəsi və böyrək iltihabına şəfa verir. Xurmanın suyu böyrək daşlarını da əridir. 6-7 xurma parçalanaraq bir stəkan suya qoyulur, bir neçə saat sonra süzülür, isidilərək gündə iki dəfə içilir. Bu 15 gün edilsə, böyrək daşlarını yox olar.



Mədə və bağırsaqlar

Adam ishal olduğu və ya qusduğu zaman bədən çoxlu miqdarda su, duz, kalium, natrium və qlükoza itirir. Xurmada isə bu maddələrdən bol miqdarda var. Belə vəziyyətlərdə xurma suyu hazırlanır və qəbul edilir, kafi miqdar itirilən minerallar və güc kompensasiya edilir. Xurma imsak halında da bağırsaqlara yardım edir. Bağırsaqlar tərəfindən asan əmilməsinə görə, bağırsaqların işini yüngülləşdirir. Qarında olan parazitlər üçün də xurma faydalıdır. İmam Əli əleyhissəlam buyurur ki, "kim hər gün səhər ac qarına yeddi xurma yesə, qarınındakı mikrobları öldürər.”



Xərçəng

Xurmanı davamlı yemək xərçəng xəstəliyi olmamağın ən əhəmiyyətli səbəblərindəndir. Xurmada bil miqdarda maqnezium olduğundan, xərçəngə manə olur. Davamlı xurma yeyən ərəblərdə xərçəng müşahidə edilmir.



Babasil

Xurmanı davamlı yemək babasil xəstəliyinə tutulmanın qarşısını alır. Babasili olanlarda da ağrının yüngülləşməsinə yardım edir.



Dəcəl uşaqlar üçün xurma


Çox hərəkətli, dəcəl uşaqlara da xurmanın faydalı olduğu bildirilir. Xurmada sinirləri sakitləşdirici bir xüsusiyyət var. Bunun üçün çox hərəkətli və dəcəl uşaqlara səhər ac qarına 2 ədə xurma yedirmək faydalıdır.



Əmizdirmə

Uşaqlı qadınların südünün çoxalması üçün xurma faydalıdır. Xurma süd hormonlarını hərəkətə gətirir və südün çoxalmasını təmin edir.



Kirpik

Xurmanın tumu yandırılaraq sürmə kimi gözə çəkilsə, kirpikləri uzadar. Göz qapaqlarına da yaxşıdır.



Öd daşları


Xurmanın tumu parçalanaraq su ilə yaxşıca qaynadılaraq içilsə, böyrək və öd daşları olan xəstələrə şəfa verər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!