Bir meyvədə min dərdin dəvası

Bir meyvədə min dərdin dəvası
Xalq təbabəti
10.09.2017 38
Yemiş yay vaxtı keçirilən istənilən piknikin mükəmməl əlavəsidir.



Çox vaxt onu dadlı olduğu üçün yeyirik. Bu meyvənin nə qədər faydalı olduğunu çoxumuz bilmirik. Elə isə gəlin tanıyaq.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, yemişin 150 qramlıq bir dilimində 53 kalori, 0.3 qram yağ, 13 qram ümumi karbohidrat, 12 qram şəkər, 1.4 qram sellüloz, 1.3 qram zülal, günlük A vitamini normasının 106%-i, sutkalıq C vitamini normasının 95%-i, dəmir normasının 2%-i, K, niasin və B6 vitamininin, o cümlədən maqnium və kaliumun 5%-i cəmləşib.

Yemiş antioksidantlarla da zəngindir. Buların sırasında xolin, zeaksatin və beta-korotinin adını çəkmək olar ki, bu madddələr adi soyuqdəymədən tutmuş xərçəng xəstəliyinə qədər ağır dərdlərin qarşısını ala bilir.

Yemişdəki zeaksantin antioksidantı insan orqanizmini ultrabənövşəyi şüalardan qoruyur və qocalmanın qarşısını alır.

Qida maddələrinin tərkibində müəyyən miqdarda beta-korotin qəbul edilməsi isə astma riskini azaldır.

Yemişin tərkibindəki sellüloz, kalium, C vitamini və xolin maddəsi ürəyin sağlamlığını möhkəmləndirir. Araşdırmalar da təsdiq edib ki, gündəlik rasiona kalium daxil edilməsi insult riskini azaldır, əzələ kütləsini qoruyur və böyrəklərdə daş yığılmasının qarşısını alır.

Yemişdə olan beta-karotin maddəsi bağırsaq xərçənginin və kişilərdə prostat xərçənginin də qarşısını alır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!