Yaşıl qəhvənin xüsusiyyətləri haqqında

Yaşıl qəhvənin xüsusiyyətləri haqqında
Xalq təbabəti
10.09.2017 26
Yaşıl qəhvə

Qovrulmamış, təbii çiy qəhvədir.



Buna baxmayaraq, bu qəhvə də, qara qəhvə kimi dəmlənib içilir. Bu növ qəhvə, mağaza və supermarketlərdə çox rast gəlinməsə də, onu xüsusi internet - mağazalardan sifariş etmək olar.



Yaşıl qəhvənin xüsusiyyətləri:


Bu qəhvənin əsas üstünlüyü, onun dietik xüsusiyyətidir. İndiki dövrümüzdə isə hətta, "arıqlamaq üçün yaşıl qəhvə" adlı içki var.Bu qəhvənin adını, forum və internet səhifələrinin, pəhriz və düzgün qidalanma haqda olan  məqalələrində tez -tez görmək olar.



Mütəxəssislərin araşdırmalarına əsasən, yaşıl qəhvənin tərkibində, insan orqanizminə lazımı  miqdarda antioksidantlar, amin turşuları və vitaminlər vardır. Bu maddələr, yaşıl qəhvədə, adət etdiyimiz qara qəhvədən daha çoxdur.



Bundan əlavə yaşıl qəhvənin tərkibində olan xlorogen turşusu, yüksək hərarətdə(qovrulduqda) məhv olduğu üçün qara qəhvədə yoxdur. Bu turşu isə, arıqlama prosesində çox önəmli rol oynayır. O, piylərin parçalanmasına səbəb olur.



Qara qəhvə ay ərzində artıq çəkinin 14%- dən xilas edə bilirsə, tərkibində xlorogen turşusu olan bu qəhvə, yağların işlədilməsini 47% gücləndirə bilir.



Həmçinin, tərkibində olan maddələr, insanın beyin aktivliyi və ümumi tonusunu  artırır .Məlumatınız olsun ki, qovrulmamış qəhvənin  tərkibində, kofeinin miqdarı qovrulmuş qəhəvədən  daha azdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!